“Əfran İsmayılov hələ uşaqdır”

İDMAN
12:55 01.10.2011
1918
"Xəzər Lənkəran" klubunun futbolçusu Elnur Allahverdiyev Supersport.Az saytına açıqlama verib. 
Premyer Liqanın 8-ci turunda "İnter" doğma meydanda "Xəzər Lənkəran"ı minimal hesabla məğlub edib. Oyundan sonra Lənkəran klubunun futbolçusu Enur Allahverdiyev maraqlı açıqlamaları ilə diqqəti cəlb edib: "Müdafiəçi olsam da "İnter"ə məğlub olmağımızda özümü günahkar saymıram. Qol epizodunda məndən arxada komandamızın 3 futbolçusu vardı. Qələbə qazanaraq turnir cədvəlində daha da irəli getmək istəyirdik. Ancaq neyləmək olar alınmadı. Məğlubiyyətə baxmayaraq "Xəzər Lənkəran" yenə də çempionatın ən güclü komandasıdır".
Bir müddət öncə "Qarabağ"ın futbolçusu Rauf Əliyevi zədələdiyi üçün E.Allahverdiyev rəqib futbolçunun komanda yoldaşı Əfran İsmayılovun onun haqqında dediyi tənqidi fikirilərə də münasibətini bildirib. Müdafiəçi "Qarabağ"ın gənc futbolçusunu sərt tənqid edib: "Əfran futbola dünən gəlib. O, hələ uşaqdır. Rauf mənim qardaşımdır. Onu bilərəkdən vurmamışam. Mən müdafiəçiyəm və vəzifəm rəqib futbolçuya qapımıza qol vurmağa imkan verməməkdir. Müdafiəçi yeri gələndə sərt oynamalıdır. Ancaq mən heç vaxt rəqibimə qəsdən xəsarət yetirməyə çalışmamışam".

OXŞAR XƏBƏRLƏR