Əfşar Süleymani baş ideoloq olsun - KÖŞƏ

Əfşar Süleymani baş ideoloq olsun - KÖŞƏ
KÖŞƏ
20:27 08.06.2012
2235
Ceyhun MUSAOĞLUBiri var - deyəsən İranın Azərbaycanda səfiri işləyib. Ona “olub” demək günahdı, ən yaxşı halda işləyə bilər. Qoy adını, soyadını yazım, xalq onı tanısın. Bax e... heç imkan vermədilər ki... hamı bir ağızdan qışqırdı: “Əfşar”, “Əfşar”... “Süleymani”, “Süleymani”... Kişini tanıyırlar da. Ad çıxarıb. Qəhrəmanımız sevgi dastanından tutmuş, siyasət bostanına qədər hər yerdə ad qoyub. Hələ sağlığında tarixi şəxsiyyətə çevrilməyi bacaran Əfşar qağa saytların zümrüd qaşına dönüb. Pənah Hüseynlə qovğadan sonra isə hərdən onu brilyant bilənlər də var.Soruşan yoxdu ki, bu zümrüd kimindi, hansı ayətullahın itirdiyi brilyantdı? Sonuncu müsahibəsində Əfşar Süleymani adlı daş-qaşın parıltısı “Qafqazinfo”nun ekranından gözümüzü deşir. Yolumuza işıq salır. Müsahibənin başlığını oxuyuruq: “Niyə gedib Fransa səfirliyinin qabağında yatmırsız?”. AAAA, bu adam doğrudan da qaşsız daş təfəkkürünə malikmiş ki. Xətrinə dəydimsə, düzəliş də edə bilərəm. Yazaram ki, qaşlı daş təfəkkürünə malikmiş. Yəni başı bərk adamdı.Yeri gəlmişkən, başlığı müsahibənin içərisində görmədim. Bəlkə də var idi, sevgi dastanından tutmuş, siyasət bostanına qədər hər yerdə ad qoyan qəhrəmanın Tolstoydan müdrik, Oruelldən məntiqli, Pelevindən cəsarətli fikirləri gözlərimi qamaşdırdı, görmədim. Ağsaqqallılığın saqqalsızlıq dərəcəsinə qədər yüksələn Əfşar qağanın fikirlərini orta məktəb dərsliklərinə dürtüşdürmək lazımdı. “İncə-incə səninləyəm” silsiləsindən oxuyuruq: “İstəyirəm Azərbaycan regionun Dubayı olsun. Azərbaycanda partiyalar, tələbələr, QHT-lər niyə torpaqlarına görə etiraz etmirlər. Türkiyənin Ermənistanla 300 milyon dollarlıq ticarət əlaqələri var. Kanallar bir dəfə Gürcüstan-Türkiyə sərhədində çəkiliş aparıblar ki, erməni yazısı əks olunan maşınlar Türkiyəyə necə gəlir?”Halal olsun sənə. Səni bizim ölkənin baş ideoloqu etmək lazımdı. Yoxsa artıq seçiblər? Sən kimi çox istəyirsən, boynuna al, işin yüngül olsun. Hə, hə, seçiblər. Yoxsa nə cəsarətlə belə deyə bilərdin: “Evrovisinon”la bağlı iki ölkə arasında yaşanan gərginliyə İranda Əli Həsənov, Novruz Məmmədov səviyyəsində bir dövlət adamı reaksiya vermədi. Diplomatik əlaqələrdə partiyalar, QHT-lər, mətbuat nələrsə danışa bilər. Mən düzü təəccüb etdim. Demirəm iki tərəfin bir-birinə münasibətində hər şey qaydasındadır. Hər halda hər iki tərəfi tənqid etmək olar. “Evrovision”la bağlı Xarici İşlər Nazirliyi səviyyəsində heç bir şey deyilmədi İranda”. Əli Həsənov və Novruz Məmmədova subardinasiya qaydalarına görə, onlardan daha yüksək dövləti vəzifə daşıyanlar irad tuta bilər ki, onların sayı çox azdı. Sadalasaq belə alınar: ölkənin birinci şəxsi, baş nazir və Prezident Admnstrasiyasının rəhbəri. Mətbuatın tənqidləri isə bu məsələdə istisnadı. Mətbuat müstəsna səlahiyyətə malikdir. OOOO, unutmuşdum, bir də sən müstəsna səlahiyyətə maliksən Əfşar qağa-mənim ideoloqum, vətənimin fəxri, küçələrimin daşı... Sonuncu epitetdə “küçələrim” sözünü əvəz etməyi sənin ixtiyarına buraxıram, dəyərli oxucu. İstəyirsən “qaş” yaz, istəyirsən, “baş” yaz... Təkcə Vətən yazma. Dostlar, Vətən meşə deyil, imkan verməyək burda kimisə azdırsınlar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub