‘Əfv sərəncamı olmayacaq’ - Əfv Komissiyası

‘Əfv sərəncamı olmayacaq’ -  Əfv Komissiyası
SİYASƏT
17:58 27.12.2013
1199

“Son əfv sərəncamından bir ay keçdiyindən Əfv Komissiyası toplanmayıb”

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından verilən məlumata görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə əfv sərəncamı gözlənilmir. “Sonuncu əfv sərəncamının üzərindən çox az müddət keçib. Ona görə də 31 dekabrda əfv olmayacaq. Son bir ay olar ki, Əfv Komissiyasının iclası da keçirilməyib. Odur ki, əfv sərəncamı imzalanmayacaq”. Qeyd edək ki, sonuncu əfv sərəncamı bu il oktyabrın 14-də imzalanıb. Bu əfv sərəncamı ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev də əfv olunublar.

OXŞAR XƏBƏRLƏR