Azərbaycan Ombudsmanı əfvlə bağlı siyahını Prezidentə təqdim edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın insan haqları üzrə müvəkkiliElmira Süleymanovabildirib."Ombudsmanın siyahısında 80 nəfərə yaxın məhkumun adı var. Bu siyahı prezidentə təqdim olunub. Siyahıda ahıllar, ağır xəstələr, yeniyetmələr və qadınlar var", - Süleymanova deyib.Artıq Prezident yanında Əfv Komissiyası vətəndaşlardan daxil olan müraciətləri araşdırır. Fərman imzalanarsa, bu, sayca ölkə Prezidenti tərəfindən imzalanacaq 50-ci əfv fərmanı olacaq.