Egemen Bağış: "Günəş palçıqla suvanmaz"

Egemen Bağış: "Günəş palçıqla suvanmaz"
Bütün Xəbərlər
10:44 21.01.2012
1344

Egemen Bağış: "Türkiyənin potensialını qəbul etmək istəməyən bəzi dairələr tarixi həqiqətlərə kölgə salmağa çalışan bəzi layihələrlə bu ölkənin üzərinə kölgə sala biləcəklərini düşünürlər"

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, "Türkiyəni kölgələməyə çalışanların bilmədiyi bir şey var: günəş palçıqla suvanmaz". Bu sözləri bu gün Türk Qızılayında keçirilən toplantıdakı çıxışında Avropa Birliyi naziri və baş müzakirəçi Egemen Bağış söyləyib.

Bağış Fransa Senatında yanvarın 23-də müzakirə ediləcək qanun layihəsini tənqid edib: "Türkiyənin potensialını qəbul etmək istəməyən bəzi dairələr var. Onlar da tarixi həqiqətlərə kölgə salmağa, insanları susdurmağa çalışan bəzi qanun layihələri ilə Türkiyənin üzərinə kölgə sala biləcəklərini düşünürlər. Halbuki unutduqları bir şey var, günəş palçıqla suvanmaz. Bu ölkə vətəndaşları ilə əl-ələ verdiyi müddətxə hər zaman güclü ölkə olacaq".

OXŞAR XƏBƏRLƏR