““Əgər ədalət varsa, “Atletiko“ “Reala“ qalib gəlməlidir“

İDMAN
18:51 20.05.2016
1194

"Yuventus"un qapıçısı Canluici Buffon Çempionlar Liqasının finalında keçiriləcək "Real" - "Atletiko" oyunu barədə danışıb.

Komanda.az xəbər verir ki, Buffon finalda "Atletiko"nun qalib gəlməli olduğunu deyib. O, "hundular"ın qələbəsinin idmanda ədalətin təntənəsi olacağını da vurğulayıb:

"İdman ədaləti varsa, "Atletiko" qalib gəlməlidi. İki il əvvəl "Atletiko"nun bəxti gətirmədi. Onlar son dəqiqəyə qədər qalib gəlirdilər. Ancaq Serxio Ramosun vurduğu qol vəziyyəti dəyişdi.

Mən revanş alınacağına çox inanıram. Bu, həyat qanunudu. "Atletiko"nun qələbəsi idman ədalətinin təntənəsi olardı. Amma onu da deyim ki, "Atletiko"ya asan olmayacaq. "Real"ın belə qarşılaşmalarda böyük təcrübəsi var".

Çempionlar Liqasının finalı mayın 28-də Milanda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR