“Əgər İnfantino könüllü şəkildə istefa verməsə...”

“Əgər İnfantino könüllü şəkildə istefa verməsə...”
İDMAN
18:15 01.08.2026
124
Əgər FİFA prezidenti Canni İnfantino könüllü şəkildə vəzifəsindən getməsə, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) onun istefasını tələb edəcək.

AZXEBER.COM xəbər verir ki, bu haqda Britaniyanın "The Telegraph” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İnfantinonu FİFA prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün UEFA-ya üzv ölkələrdən cəmi 43-ünün səsi kifayət edəcək. Bildirilir ki, hazırda UEFA-ya üzv olan bütün 55 ölkə federasiyanın hazırkı rəhbərinə qarşı səs verməyə hazırdır.

Nəşrin mənbəsinə əsasən, qalmaqaldan sonra İnfantino könüllü şəkildə vəzifəsini tərk etmədiyi təqdirdə, UEFA onun nüfuzuna xələl gətirəcək strategiyaya da əl ata bilər.

Qeyd edək ki, "The Telegraph” nəşri İnfantinonun dünya çempionatındakı payın bir hissəsini özəl investorlara satmaq təklifini nəzərdən keçirdiyini xəbər vermişdi. Mənbənin bildirdiyinə görə, FIFA turnirin idarə olunmasını ayrı bir şirkətə həvalə etməyi və onun səhmlərinin təxminən 20-30 faizini investorlara satmağı planlaşdırır.

Xatırladaq ki, bundan öncə UEFA isə FIFA-nın turnir hüquqlarını satacağı təqdirdə 2030-cu ildə keçiriləcək növbəti Dünya Çempionatını boykot edəcəyini bəyan edib. UEFA-ya daxil olan bütün 55 milli assosiasiya boykot ideyasına qoşulub.
OXŞAR XƏBƏRLƏR