"Əgər nəslimdə erməni qanı daşıyan varsa..." - Natadan Tolikə cavab

"Əgər nəslimdə erməni qanı daşıyan varsa..." - Natadan Tolikə cavab
MAQAZİN
17:24 23.01.2015
2926

Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımova və prodüser Tarix Əliyevə (Tolik) məhkəmədə qalib gəlməsi haqda danışıb.Sənətçi Axşam.az-ın əməkdaşına bundan sonra hansı addımları atacağını açıqlayıb:

“Mənə çox qara yaxdılar. Məhkəmə ikinci dəfə bu işə baxdı. Qarşı tərəf yenə uduzdu. Onların qələbəsi üçün Natavanın “erməni” olması lazım idi. Hələ də şikayətə davam edəcəklər. Başa düşmürlər ki, sübut edə bilməyəcəkləri işin arxasınca bu qədər getmək lazım deyil. Qanunazidd hərəkətlər etməyə cəhd göstərirlər. Bəzi vəzifəli şəxslər var ki, bu işdə onlara kömək etmək istəyirlər. Hərə öz işi ilə məşğul olsa, daha yaxşıdır. Siz qanun qarşısında düz olmalısınız. Prezidentimiz İlham Əliyev şəxsən korrupsiyaya qarşı mübarizə aparır və hamını da bu mübarizəyə çağırır. Əgər mən yenə hiss eləsəm ki, eyni hadisələr təkrarlanır, o zaman ad çəkməyə məcbur olacağam. Hansı vəzifəli şəxs bu işdə onlara yardım edirsə, qanundan kənara çıxırsa, adlarını açıqlayacağam.

Məni erməni mənşəli olmaqda ittiham edirlər. Məhkəməyə Ulu babama qədər bütün nəslimin sənədləri təqdim edilib. Əgər orada bir nəfər erməni qanı daşıyan insan varsa, həmin adama lənət olsun. Əgər mən bir qram da olsun yalan danışıramsa, bütün nəslimə lənət olsun. Bu andan sonra onların edəcəyi hərəkətlər mənə maraqlı deyil. Məhkəmənin qərarına əsasən, onlar məndən üzr istəməlidirlər. Zoriki də məhkəmə vermişdim. (Klipmeyker Zöhrab Ağayevi nəzərdə tutur - red.) Amma o, ağıllı adamdır, apellyasiyaya müraciət etmədi. Yəqin ailəsi ona məsləhət verib bu işdən çəkindirib".

Natavan 150 manata şou proqramlarda iştirak etməsinə dair Tolikin sözlərinə də cavab verib:

“Bu, yalandır. Mən yalnız bir məkanda çıxış edirəm. Həmin yerdən isə böyük məbləğdə qonorar alıram. Heç toylara da nadir hallarda gedirəm. Çünki dəvət edən insanların bütün nəslini araşdırıram. Qorxuram ki, üzdəniraqların toyu olsun. Bizdə bu var axı. Üzdəniraqların biri qadın, digəri kişi paltarı geyinib evlənir. Belə insanların toyunda olmamaq üçün araşdırma aparıram. Mən də elə məclislərə düşüb biabır olum? Özlərinə hörmət qoyan ailələrin toylarına məmnuniyyətlə gedirəm.Mən hörməti də, hörmətsizliyi də bacarıram. Kimsə pislik edirsə, ona yaxşılıqla cavab vermərəm. Yaşlı biri özündən kiçiyi təhqir edir. O da deyir ki, “yaşına hörmət edib cavab vermirəm”. Xeyr, sən qorxursan. Öz mənliyini onun ayağının altına atıb çəkilirsən kənara. Mənə qarşı bu cür addım atılanda çıxıb cavab verirəm. Əgər həmin insan özünə hörmət qazana bilməyibsə, bu, onun günahıdır”.Xatırladaq ki, Natavan Aygün Kazımova, Tolik və Zöhrab Ağayevi şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına əsasən, qarşı tərəf N.Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı təkzib etməli, ondan üzr istəməlidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik