Əhaliyə xəbərdarlıq edildi

Əhaliyə xəbərdarlıq edildi
Bütün Xəbərlər
14:26 13.08.2012
2140

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 35-38 isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Rayonlardan sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 36-39, bəzi yerlərdə 40, dağlarda gecə 13-18, gündüz 29-34 dərəcə isti olacaq.

Avqustun 17-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda yaranan durğun və boğanaq hava şəraiti fonunda güclü istilər meteohəssas insanlar üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət görülmür.

OXŞAR XƏBƏRLƏR