Əhəd Abıyev: ‘Mən də eşitmişəm ki, onu döyüb öldürüblər’

Əhəd Abıyev: ‘Mən də eşitmişəm ki, onu döyüb öldürüblər’
Bütün Xəbərlər
17:56 10.01.2013
2828

Əsgər Ceyhun Qubadovun öldüyü hərbi hissənin yerləşdiyi Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev musavat.com-a açıqlama verib.

İH başçısı əsgərin döyülərək öldürülməsi ilə bağlı şayiələr dolaşdığını etiraf etsə də, ölümün əsl səbəbinin istintaq zamanı ortaya çıxacağını bildirib: “Baş verən hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb, istintaq davam edir. Mən onların ailəsinə başsağlığı verdim. Cənazənin əsgərin ailəsinə aparılmasına da xüsusi diqqət göstərdim. Hazırda işlə bağlı araşdırma gedir, bu da istintaqın işidir. İstintaq işi araşdırıb hüquqi qiymət verəcək, buna uyğun da iş görüləcək”.

“Əsgərin ailəsinə baş çəkdinizmi” sualına Ə.Abıyev bu cür cavab verib: “Hazırda Daşkəsənə çox güclü qar yağıb. Metr yarıma qədər qar var rayonda. Həm bu vəziyyətdə rayonu başsız qoyub çıxmam düzgün olmazdı, həm də qarın yağması hərəkət məhdudiyyəti yaratdığından Bakıya gəlməkdə çətinlik yaranıb. Amma ilk fürsətdə mərhum Ceyhun Qubadovun anasına baş çəkəcəm”.

OXŞAR XƏBƏRLƏR