Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY Azərbaycanın istiqlal şairi Əhməd Cavadı anacaq.
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, mayın 12-də Ankarada "Doğumunun 120-ci ildönümündə Azərbaycanın İstiqlal şairi Əhməd Cavad" adlı tədbir keçiriləcək.
Rəsm və Heykəl Muzeyində keçiriləcək tədbirdə Əhməd Cavadın həyatından bəhs edən film nümayiş etdiriləcək, panel təşkil ediləcək.
TÜRKSOY-un baş katibi Düsen Kaseynovun açılıış nitqi edəcəyi tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay da iştirak edəcək.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın da iştirak edəcəyi toplantıya Əhməd Cavadın nəvəsi Anar Axundzadə də qatılacaq.
Tədbirin sonunda Əhməd Cavadın şeirləri və müğənni Azərinin ifasında şeirlərə bəstələnmiş mahnılar səslənidiriləcək.