Prezident sərəncam imzaladı.
Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Cuma oğlu Əhmədzadənin “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata əsasən, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə Əhməd Cuma oğlu Əhmədzadə “Şöhrət” ordeni ilə təltif edilsin”.