"Əhməd kimi ol"un yaradıcısı: 11 yaşımdan bu işlə məşğulam - MÜSAHİBƏ

"Əhməd kimi ol"un yaradıcısı: 11 yaşımdan bu işlə məşğulam - MÜSAHİBƏ
Bütün Xəbərlər
12:54 23.01.2016
18134
Son günlər sosial şəbəkələrin fenomeninə çevrilən "Əhməd kimi ol" ( https://www.facebook.com/ehmedkimiol) səhifəsi haqda məlumatınız var. Artıq Azərbaycanın ən brend şirkətləri də "Əhməd kimi" ol capsları ilə müştərilərin diqqətini cəlb etməyə çalışır.
Adıçəkilən "caps"ların yaradıcısı və səhifənin admini Azərbaycan mediasında ilk dəfə olaraq AZXEBER.COM-a danışıb.
Xəzər Universitetinin tələbəsi olan Rüfət Məmmədli ilə söhbətimizi təqdim edirik:

- Rüfət bey, ilk olaraq zəhmət olmasa özünüz haqda oxucularımıza məlumat verərdiz.

- İlk öncə müsahibə üçün təşəkkür edirəm. Adım Rüfət, 19 yaşım var və Xəzər Universitetində Kompüter Mühəndisliyini oxuyuram. 11 yaşımdan proqramçılığa başlamış və bir sıra IT sahəsində layihələrdə çalışmışam.

- "Əhməd kimi ol" səhifəsini yaratmaq hansı zərurətdən doğdu?

- Bu konsept ilk dəfə “Videogamememes” səhifəsindən çıxıb, daha sonra “Be like Bill” adlı xüsusi səhifəsi açılıb. Mən də bu konsept ilə tanış olduqdan sonra bunun ölkəmiz üçün versiyasını yaratmağın maraqlı olacağını düşündüm. Sonra isə “Bill” adını dəyişib bizdə məşhur olan adları düşündüm. İlk ağlıma gələn isə “Əhməd” oldu. Səhifənin adını qərarlaşdırdıqdan sonra artıq səhifəni açıb “Be like Bill”dən tərcümələr etməyə başladım. 4-5-ci şəkildən sonra isə artıq səhifə böyüməyə və tanınmağa başlamışdı. Bu səhifədən sonra isə xanımlar üçün nəzərdə tutulan “Lalə kimi ol” versiyasını açdım.Niyə məhz səhifənin adını Əhməd qoyduz?

- “Əhməd haradadır?” filmindən bildiyimiz bu adın konseptə çox uyğun olacağını düşündüm. Çünki Əhməd adını eşidəndə “Əhməd haradadır?” filmi və o filmin komediya olduğu yada düşür. Səhifəmizdə də məhz sosial problemləri yumorla izləyicilərimizlə paylaşırıq.

Özünüzün ən çox bəyəndiyi "caps" hansı olub?

- Ən bəyəndiyim “caps” məhz səhifənin məşhurlaşmasına səbəb olan “Qar” mövzusudur. Bu ideyanı da “Be like Bill”dən alıb tərcümə edib paylaşmışdım.- Dünyada məşhur olan Bill-lə Əhmədin oxşar ve fərqli cəhətləri nədir?

- Oxşar cəhət odur ki, hər ikisi insanları yumorla tənqid edirlər. Fərqli cəhət isə onların tənqidləri fərqlidir. Biz tərcümədən çox, artıq öz kontentlərimizi də hazırlamağa başlamışıq. Bunu da qeyd etmək istərdim ki, tək biz yox, izləyicilərimizdən də yüzlərlə belə maraqlı rəsmlər gəlir.

- Səhifədə əsas hədəfiniz nədir? 

- İstəyirik ki, ictimai diqqəti sosial problemlərə yönəldək və onların həllinə kömək edək.

- Sizi ən çox nəyə görə tənqid edirlər?

- İndiyə qədər sadəcə bir reklam aldığımız üçün tənqid edilmişik. Hətta bəziləri demişdi ki, “bu da Azərbaycansayağı “be like bill” səhifəsi”... Buna cavab olaraq, mən də adı çəkilən həmin səhifədəki reklamı izləyicilərə təqdim etdim. Bəzən düşünürlər ki, səhifəni idarə edən şəxs heç nə qazanmadan bütün gününü kompüter qabağında keçirməli, qazanc əldə etmədən işləməlidir. Kim pulsuz işləyir? Əlbəttə, heç kim. Bu cür tənqidlər olub. Lakin mən daha çox məntiqli tənqidlərə önəm verirəm. Çünki, bu cür tənqidlər bizi təkmilləşdirir və səhvlərimizi düzəltməyə yardım edir.

- Azərbaycan insanı sizcə nə vaxt tam Əhməd kimi olacaq?

- Azərbaycanın keçmişində “Molla Nəsrəddin” kimi jurnallar da Azərbaycan insanını yumorla tənqid edir və ya satira atəşinə tuturdu. Bəzən deyirlər ki, nə əvvəlki tənqidlərin faydası olub, nə də bundan sonra olacaq. Düzü, bəzən mən də bu fikirlərin təsirinə düşürəm. Ancaq ümumən optimistəm, proses ləng getsə də, hər şeyin tədricən yaxşılaşacağına inanıram. Hər halda 100 il əvvəlki mənzərə ilə indikinin arasında böyük fərq var. Deməli 100 il bundan sonra daha çox müsbət dəyişikliklər ola bilər.

Bildiyim qədərilə Türkiyədə də sizin səhifə haqda xəbər hazırlayıblar. Onlara bu məlumatı kim verib?

- Doğrusu, mənim də xəbərim yox idi ki, hazırladığım, ya da tərcümə etdiyim materiallar artıq Türkiyənin məşhur sayt və səhifələrində paylaşılır. Bunu mənə dostlarım dedi. Təkcə onu deyə bilərəm ki, səhifə sadəcə “viral” yolla məşhurlaşdı. Heç bir reklam və ya hansısa yola baş vurmadan buralara qədər gəlib çıxdıq.- Son olaraq nə demək istərdiz...

- Bizim işə maraq göstərdiyiniz üçün təşəkkür edirəm. Əminəm ki, hamının bir-birinə dəstəyi ilə daha böyük yeniliklərə, uğurlara imza atmaq olar.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR