Əhməd Şahidov ATƏT-in Vyana toplantısında revanşist çıxışlar edən erməni nümayəndələrə sərt cavab verdi

Əhməd Şahidov ATƏT-in Vyana toplantısında revanşist çıxışlar edən erməni nümayəndələrə sərt cavab verdi
SOSİAL
21:54 02.06.2025
1154
İyunun 2-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT-in Finlandiya Sədrliyi tərəfindən "Tolerantlıq və diskriminasiya” mövzusunda iki günlük toplantı işə başlayıb.

57 ölkənin səfirləri, diplomatları və rəsmi nümayəndələrinin qatıldığı tədbirdə ATƏT məkanında vətəndaş cəmiyyətinin müdafiəsi, insan hüquqları müdafiəçilərinin fəaliyyəti, dinc toplaşma azadlığının təmin edilməsi və bu sahədə mövcud çağırışlar müzakirə olunub.

Toplantıda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov panel müzakirəsində çıxış edib və Ermənistan nümayəndələrinin Azərbaycan əleyhinə təxribatçı və revanşist çıxışlarına kəskin etirazını bildirib.

Çıxışında Əhməd Şahidov bildirib ki, tədbirdə iştirak edən erməni nümayəndələr tərəfindən Azərbaycan əleyhinə koordinasiyalı hücum həyata keçirilir. "30 il işğala məruz qalan ölkənin nümayəndəsi kimi, bu revanşist və nifrət dolu ritorikaları qətiyyətlə pisləyirəm” deyə o vurğulayıb.

Əhməd Şahidov çıxışında Ermənistanın işğalı dövründə Azərbaycanın üzləşdiyi ağır faciələri bir daha xatırladıb. O, Xocalı soyqırımı, Bağanis Ayrım qətliamı, Ağdaban faciəsi, həmçinin Qarabağda dağıdılan məscidlər və Ermənistanın bölgəyə basdırdığı yüz minlərlə minanın hələ də mülki əhaliyə təhlükə yaratması barədə məlumat verib.

Bütün bu ağır faciələrə baxmayaraq, Azərbaycan tərəfinin sülhə sadiqliyini nümayiş etdirdiyini vurğulayan Əhməd Şahidov, regionda uzunmüddətli sülh və sabitlik üçün Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını vacib saydığını qeyd edib.

"Bu gün də biz Ermənistana sülh və barış əlimizi uzadırıq. Burada nifrət və düşmənçilik yox, mehriban qonşuluq və qarşılıqlı hörmət mühiti yaratmağa çalışaq. Müharibələr heç kimə fayda gətirməyib, yalnız dialoq və əməkdaşlıqla bölgəmizdə sabit və təhlükəsiz gələcək qura bilərik”, — deyə Əhməd Şahidov çıxışında qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:40 30.10.2026
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
17:28 30.10.2026
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqləndi
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
17:18 30.10.2026
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
17:00 30.10.2026
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
16:33 30.10.2026
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı