Əhməd Şahidov canlı yayımda açıqladı: Deputatlığa namizəd olacaq

Əhməd Şahidov canlı yayımda açıqladı: Deputatlığa namizəd olacaq
Bütün Xəbərlər
02:31 04.09.2015
3017

ADİHİ rəhbəri 112 Saylı Qax Seçki Dairəsindən namizədliyini irəli sürmək qərarına gəlib

AZXEBER.COM xəbər verir ki, Şimali Kiprdə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ötən gün Kiprin Diyalog Televiziya Kanalının qonağı olub. “Odak Noktası” proqramının canlı yayımına qatılan Əhməd Şahidov tanınmış aparıcı Mert Özdeşin suallarını cavablandırıb və Azərbaycan-Türkiyə-Şimali Kipr münasibətlərindən danışıb.

1 Noyabrda keçiriləcək Milli Məclisə seçkilər barədə ətraflı danışan Əhməd Şahidov Azərbaycanda gənclərə yaradılan şəraitdən bəhs edib və dövlətin idarəçiliyində gənclər üçün səmərəli şəraitin yaradıldığını söyləyib.İlk dəfə olaraq, Kipr televiziyasında bu barədə açıqlama verən Əhməd Şahidov 1 Noyabr seçkilərində iştirak edəcəyini və Qax rayonundan deputatlığa namizədliyini irəli sürəcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR