Əhməd Şahidov TRT AVAZ-da Qarabağdan danışdı – VİDEO

GƏNCLİK
11:50 27.12.2012
1483
Canlı yayımda çıxış edən şair və yazar Əhməd Şahidov Azərbaycan ədəbiyyatı, müəllifi olduğu yeni kitabları barədə danışıb, yeni şeirlərini səsləndirib.Türkiyədə işgüzar səfərdə olan şair və yazar, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov 24 Dekabr tarixində TRT AVAZ kanalının “Stüdyo AVAZ” proqramının qonağı olub. Bir saatlıq canlı yayında Türkiyənin Tokat bölgəsindən gəlmiş yazar Ünal Kar da iştirak edib.Əsasən ədəbiyyat, vətənpərvərlik və Türk dünyası mövzularından bəhs edən proqramda çıxış edən Əhməd Şahidov Azərbaycan ədəbiyyatının bugünkü durumu, yazarların mövzu seçimi barədə öz fikirlərini bölüşmüş, daha sonra müəllifi olduğu kitabları barədə danışmış və aparıcının xahişi ilə bir-neçə şeir səsləndirmişdir. Türkiyəyə səfərini Dənizli şəhərində keçirilən V Beynəlxalq Dünya Dili Türkcə Sempozyumunda iştirak ilə başladığını bildirən Əhməd Şahidov həmin sempozyumda “Azəri türkcəsi və ortaq Türk dili” mövzusunda elmi çıxış etdiyini də TRT AVAZ tamaşaçılarının diqqətinə çatdırmışdır. Aparıcının çoxsaylı suallarını cavablandıran azərbaycanlı şair və yazar əsasən son romanı barədə ətraflı məlumat vermişdir. Əhməd Şahidovun sözlərinə görə, son aylar Azərbaycanda ən çox satılan kitablar sırasına daxil olan “Sevdiyim qadın” romanının digər əsərlərdən fərqi ondan ibarətdir ki, burada hazırda yaşayan və fəaliyyət göstərən canlı personajların adları real olaraq canlandırılmış və bu da mətbuatda, ayrı-ayrı ədəbiyyatçılar arasında geniş müzakirələrə səbəb olmuşdur.

OXŞAR XƏBƏRLƏR