Suriya prezidenti Əhməd Şara prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampa təşəkkür edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə haberglobal məlumat yayıb.
Prezident öz açıqlamasında deyib:
"Suriya devrilmiş rejimin hakimiyyəti altında faciəli bir dövr keçirdi. İnqilabla xalqımıza mənsubiyyət ruhu qayıtdı və ümid pəncərəsi açıldı. Suriya xilas oldu, xalqı sevindi, bütün qardaş ölkələr onlarla birlikdə sevindi. Ölkəmizin problemlərini həll etmək üçün son aylarda prioritetlərimizi müəyyən etdik. Əksər ərəb ölkələrindən, Türkiyə və Fransadan dəstək aldıq. Sanksiyaların ləğvi qərarı xalqımızın ağrı-acısını yüngülləşdirməyə yol açan tarixi və cəsarətli qərardır.
Ərdoğan sözünün üstündə durdu və yerinə yetirdi. Mən həm Trampa, həm də Ərdoğana çox təşəkkür edirəm. Bu qərar Suriyanın bərpasında böyük rol oynayır. Sanksiyalar ləğv edildi, intibah başladı. Prezident Ərdoğan Suriya xalqının yanında oldu, ölkəsi 14 il ərzində çox şey öhdəsinə götürdü. Suriyada artıq terrora yer yoxdur. Biz Suriyanın bölünməsinə və köhnə rejimin dirçəlməsinə imkan verməyəcəyik”.
Oksana