Əhməd Şəfəq: "Əvvəllər jurnalist idim, sonra müğənni olub, pis yola düşdüm" (FOTOLAR+VİDEO)

Əhməd Şəfəq: "Əvvəllər jurnalist idim, sonra müğənni olub, pis yola düşdüm" (FOTOLAR+VİDEO)
ŞOU-BİZNES
01:03 25.09.2011
2718
22 sentyabr 2011-ci il tarixində, Türkiyənin tanınmış sənətçisi Ahmet Şafak “İRƏLİ” Radionun (İRadio) “Forumaniya “ verlişinin qonağı olub.AZXEBER.COM-un məlumatına görə, Ahmet Şafak verilişdə Azərbaycan-Türkiyə dostluqdan söhbət açıb: “Bizim xalqlar tarixən dost-qardaş xalqlardır. Bizim dostluğumuz tarixə söykənir. Heç bir güc bizim qardaşlığımıza xələl gətirə bilməz. Mənim Azərbaycan-Türkiyə musiqisini ifa etməyim də məhz bu dostluğun göstəricisidir”.Ahmed Şafak Azərbaycanda özünü evindəki kimi hiss etdiyini də deyib: “Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Bura mənə çox doğmadır. Türkiyəyə gedəndə Azərbaycan üçün çox darıxıram”.

Tanınmış sənətçi verlişdə azərbaycanlı sənətçilərlə münasibətindən də danışıb: “Azərbaycanlı sənətçiləri ilə yaxşı münasibətlərim var. Xanımlığı ilə, səsi ilə seçilən Tünzalə Ağayevanı xüsusi vurğulmaq istəyirəm. Tünzalə xanımın çox gözəl musiqiləri var. Gələcəkdə azərbaycanlı musiqiçilərlə duet oxumağı da planlaşdırıram.

Əhməd Şəfəq əvvəllər jurnalist olduğunu da deyib: "Mən əvvəllər jurnalist idim, siyasi mövzularda köşə yazıları yazırdım. Həmişə zarafatca dostlarıma deyirəm ki, əvvəllər jurnalist idim, sonra müğənni olub pis yola düşdüm"

Sonda Ahmed Şafak “İRƏLİ” Radio haqda da fikirlərini söyləyib: “Bu radionun çox müsbət aurası var. Kollektiviniz çox mehribandır. Gənclərin bu qədər uğurlu olması məni çox sevindirdi. Sizə və sizin radioya müvəfəqqiyyətlər arzulayıram.Xatırladaq ki, “Forumaniya” verilişi “İRadio”da canlı efirə hər həftənin çərşənbə axşamı günü (Bakı vaxtı ilə) saat 15:00-da Hacıbəy Heydərli və Nərmin Kazımovanın təqdimatında çıxır

OXŞAR XƏBƏRLƏR