Əhməd Vəliyev: ‘Mənim universitetim birincilərdəndir, o bağlana bilməz’

Əhməd Vəliyev: ‘Mənim universitetim birincilərdəndir, o bağlana bilməz’
Bütün Xəbərlər
16:27 10.07.2014
3339

“Yalan xəbər yazırlar”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili, “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyev bəzi mətbuat orqanlarında rəhbərlik etdiyi universitetin bağlanacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyib. Rektor bu cür xəbərlərin əsası olmadığını və universitetin lisenziya müddətinin bitməsinə 1 il qaldığını deyib:

“Bu məlumatları hardan əldə edirlər axı? Yalan xəbər yazırlar. Mənim universitetimin maddi-texniki bazası Azərbaycanda olan universitetlər siyahısında birincilərdəndir. Qaldı ki, universitet bağlana bilməz. Onun lisenziyasının vaxtı uzadılmaya bilər. Bizim lisenziyamızın vaxtına hələ bir il var. Ona görə bu cür xəbərlərin heç bir əsası yoxdur”.

Qeyd edək ki, İctimai-Siyasi universitetin bağlanmasından sonra Təhsil nazirliyi bəzi özəl universitetlərdə yoxlamalara başlayıb. Yayılan xəbərlərə görə, analoji qərar Bakı Biznes, Asiya və Təfəkkür təhsil ocaqlarını da gözləyir. 

Həmçinin yayılan məlumatlarda Təhsil Nazirliyinin ali təhsil müəssisələrində tədrisin keyfiyyəti ilə bağlı apardığı monitorinq zamanı “Odlar Yurdu” Universitetində də ciddi nöqsanlar aşkarlandığı da qeyd olunub.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR