Katarakt

Əhmədinejad İran prezidentliyinə namizədliyini verdi

DÜNYA
14:19 12.05.2021
285
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad prezidentliyə namizəd olaraq qeydiyyatdan keçib.

İran hökumətinin doqquzuncu və onuncu prezidenti Mahmud Əhmədinejad bu gün səhər öz tərəfdarları ilə birlikdə Daxili İşlər Nazirliyinin binasına gələrək namizədliyinin qeydə alınmasına dair sənədləri təqdim edib.

Əhmədinejad əvvəlki seçkilərdə də namizədliyini irəli sürsə də, Konstitusiyanın İcrasına Nəzarət Şurası tərəfindən namizədliyi rədd edilmişdi.

Qeyd edək ki, İranda ötən gündən prezidentliyə namizədlərin qeydiyyatı başlayıb. Namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək.
 
///Milli.Az

OXŞAR XƏBƏRLƏR