Əhmədinejadın məktubu prezidentə çatdı

Əhmədinejadın məktubu prezidentə çatdı
Bütün Xəbərlər
01:05 13.07.2012
1517
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının (İİR) təhsil naziri Həmidrza Hacıbabayini qəbul edib.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, prezident Mahmud Əhmədinejadın xüsusi nümayəndəsi kimi “Qoşulmayanlar Hərəkatı”na üzv dövlət başçılarının Tehranda keçiriləcək sammitində iştirak etmək üçün dəvət məktubunu təqdim etmək məqsədilə Bakıya gəlmiş İranın təhsil naziri H. Hacıbabayi iyulun 12-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, danışıqlar aparıb.O, M. Əhmədinejadın Azərbaycan prezidentinə salamlarını çatdırıb, iki ölkə arasında tarixi və mədəni yaxınlığı qeyd edərək, bütün sahələrdə əlaqələrin əhəmiyyətini vurğulayıb və hərtərəfli əlaqələri, müstəqil ölkələrin və region dövlətlərin, xüsusilə də İran və Azərbaycanın maraqları baxımından faydalı hesab etdiyini qeyd edib. Nazir vurğulayıb ki, region ölkələrinin, müstəqil və müsəlman dövlətlərin əməkdaşlığı və qarşılıqlı inteqrasiyası qlobal münasibətlərin, eləcə də ümumi sülh və rifahın inkişafına yönəlib.Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev H. Hacıbabayinin Bakıya səfərindən məmnun qaldığını bildirərək, qarşılıqlı olaraq salamlarını iranlı həmkarına çatdırılmasını istəyib və münasibətlərin inkişafını vurğulayıb.Dövlət başçısı “Qoşulmayanlar Hərəkatı”nın sammitinin əhəmiyyətini vurğulayaraq, bu sammitə qatılmağı önəmli hesab edib, yaxın gələcəkdə M. Əhmədinejadla görüşəcəyinə ümidvar olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR