Əhmədinejadın müavini infarkt keçirib

Əhmədinejadın müavini infarkt keçirib
Bütün Xəbərlər
21:27 19.02.2012
1204
İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi infarkt keçirib. Trend-in məlumatına görə, Fars agentliyi xəbər verir ki, bunu İranın maliyyə və iqtisad naziri Şəmsəddin Hüseyni bildirib. Hüseyni deyib ki, Rəhimi bazar günü Tehranda keçirilən subsidiyaların məqsədyönlü yayımlanması layihəsinin ikinci fazasının icrası ilə bağlı konfransda çıxış etməli idi, ürək çatışmazlığı keçirdiyinə görə həmin tədbirə qatıla bilməyib. Məlumatda Rəhiminin hansı xəstəxanada yatırılması və vəziyyətinin necə olması barədə xəbər verilməyib.
OXŞAR XƏBƏRLƏR