Ehtiyatda olan hərbçilərə mənzil paylanacaq

Ehtiyatda olan hərbçilərə mənzil paylanacaq
Bütün Xəbərlər
17:56 01.10.2015
2177
Onlar nazirliyin Mənzil İstismar İdarəsinə müraciət edə bilərlər.
Müdafiə Nazirliyi hazırda ehtiyatda və istefada olan hərbi qulluqçulara ev verəcək.
AZXEBER.COM  xəbər verir ki, bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirliyin məlumatına görə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin” 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ildən həqiqi hərbi xidmətə başlayan, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, Maliyyə Nazirliyinin müvafiq mənzil komissiyasına təqdim edilən siyahıda qeydiyyatdan keçən, Gəncə şəhərində daimi mənzillə təmin olunmaq istəyən hazırda ehtiyatda və istefada olan hərbi qulluqçular 6 oktyabr 2015-ci il tarixədək Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət edə bilərlər.
Əlaqə telefonu: (055) 675-26-56
OXŞAR XƏBƏRLƏR