Çinin şimalında çəkisi 50 kq-dan az olan sakinlərə güclü külək səbəbindən yaxın iki gün ərzində küçəyə çıxmamaq tövsiyə olunub.
AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, bu barədə Çinin "FTV News" telekanalı məlumat yayıb.
Bildirilir ki, çəkisi az olan vətəndaşlardan aprelin 13-dək evdə qalmağa çağırılır. Çinin şimalında qasırğa ilə əlaqədar yüksək həyəcan siqnalı elan edilib. KİV-in məlumatına görə, Pekin, Tianjin və Hebey bölgəsinin digər hissələrində küləyin sürəti 150 km/saata çata bilər. Səlahiyyətlilər xəbərdarlıq edir ki, küləyin diametri 30 sm-ə qədər olan ağacları kökündən çıxara bilər.
Pekin son 10 ildə ilk dəfə aprelin 12-də narıncı hava xəbərdarlığı altındadır. Şəhər məktəblərində ibtidai və orta sinif şagirdləri üçün dərslər ləğv edilib, muzeylər kimi ictimai yerlər bağlanıb. Bundan əlavə, pis hava şəraiti ilə əlaqədar Pekinin Paytaxt Hava Limanında ən azı 400 reys artıq ləğv edilib.
Fırtına Çinə Monqolustandan gəlib.