Əkiz bacılar, Sevil və Sevinc müğənni Elnarə Xəlilovanın "5-də 5" verilişini baykot etmək çağırışına cavab verib.
AZXEBER.COM GoldNews.az-a istinadla xəbər verir ki, Sevinc baykota qoşulan müğənnilərin Xəzər TV-yə girişi qadağan edildiyindən bu cür addım atdıqlarını bildirib: "Siz elə həmişə "Xəzər"in qapısına möhtac qalacaqsınız. Sizin sənətiniz olsaydı, "5-də 5" verilişinə gələ bilərdiniz. Yuyulmamış çömçə kimi hər qalmaqalda peyda olursunuz. Elə siz Xəzər TV-nin qapısına həsrət qalacaqsınız",-deyə Sevinc cavabında bildirib.
Qeyd edək ki, ötən gün müğənni Elnarə Xəlilova həmkarlarını Zaur Kamalın "5-də 5” verilişini boykot etməyə çağırıb.
Şou-biznes nümayəndəsi buna səbəb kimi aparıcının efirdə özbaşınalıqlarını göstərib.
O, son olaraq dekabrın 13-də yayımlanan verilişdə Sevil və Sevinc bacılarına banan yedirtmə cəhdini xoş qarşılamayıb və bunu biabırçılıq adlandırıb.
"Abrınız tökülsün! Bəsdir camaatın əsəbi ilə oynadınız. Bəsdir bu millətin tərbiyəsini pozdunuz”, - deyə mövqe sərgiləyən müğənni bu süjeti əxlaqsızlıq hesab edib: "Efirdə bu nə pornoqrafiyadır? Ayıb deyil?”
Daha sonra Elnarə Xəlilova sənətçiləri Zauru boykota dəvət edib: "Bütün sənət adamlarından xahiş edirəm, səsimə səs versinlər. Belə verilişi boykot etsinlər. Özlərini ucuz tutmasınlar. Heyif bizim incəsənətdən…”