Ekrem İmamoğlu İstanbulun bələdiyyə sədri seçildi

Ekrem İmamoğlu İstanbulun bələdiyyə sədri seçildi
TOP4
20:46 23.06.2019
7350
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərin 94,5 faiz ilkin nəticələri açıqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ali Seçki Qurmu (YSK) yerli vaxtla saat 19:15-də səsvermə nəticələrinin yayımlanmasına izn verib və Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 53,7% səslə (697 min səs) irəlidədir.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım rəqibi Əkrəm İimamoğlunu təbrik edib.

Qeyd edək ki, səsvermə yerli vaxtla saat 08:00-17:00 (Bakı vaxtı ilə 09:00-18:00) arasında  olub.
OXŞAR XƏBƏRLƏR