Ekspert danışdı: 'TQDK-Təhsil Nazirliyi çəkişməsi təhsilimizə xeyir gətirir'

Ekspert danışdı:
Bütün Xəbərlər
13:40 07.01.2012
1434

Təhsil Nazirliyi ilə TQDK arasında qalmaqal son günlər ölkə mətbuatının gündəmindən düşmür. Xüsusilə, hər iki qurumun rəhbərliyinin biri-birinə qarşı səsləndirdiyi iddialar mətbuat manşetlərində birinci xəbər kimi yayımlanır.

AZXEBER.COM portalı olaraq hər iki dövlət qrumu arasında olan qalmaqallı çəkişmələrin səbəbini öyrənmək üçün təhsil eksperti, professor, 3 ölkənin iqtisadiyyat üzrə elmlər doktoru Zahid Məmmədovun fikirlərini öyrənib.

“Ümumiyyətlə ,”velosiped icad etmək gərəkməz”. Yəni ki, bütün bu çətinliklər, imtahanlar aradan qalxmalıdır. 4-5 il oxuyub bir diplom almaqdansa, sovet dönəmindəki kimi paralel təhsil imkanları yaradılmalıdır. Adiləşmək lazımdır, dövr artıq bunu tələb edir. Dünyadakı təhsil sistemini izləyib inkişafa,təkamülə doğru getməliyik. Mövcud olan bu monopolizm aradan qalxmalıdır. TQDK-Təhsil Nazirliyi arasındakı bu çəkişmələrə gəldikdə isə polemika, çəkişmə təhsilimizə zərər yox, xeyir gətirər. “

Gülnarə Bayramova

OXŞAR XƏBƏRLƏR