“Əl-qolunu bağladım ki, yoldaşıma nəsə etməsin” - Dostunu qətlə yetirən ər-arvad

“Əl-qolunu bağladım ki, yoldaşıma nəsə etməsin” - Dostunu qətlə yetirən ər-arvad
KRİMİNAL
15:29 18.04.2018
5291
Bakı Ağır Cinayətlər Məhkəməsində qumar puluna görə dostunu öldürməkdə təqsirləndirilənlər - Eşqin Rəsulov və sevgilisi Ramella Əlmuradovanın məhkəməsi keçirilib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə baxış iclası baş tutub. E.Rəsulov danışmaqdan imtina edib: "Özümü təqsirli bilirəm, amma onu bilərəkdən vurmamışam. İfadə vermək istəmirəm, orda necə yazılıbsa, elədir. Qumar oynuyurduq, o var-yox söyüş söydü, mən də vurdum. Amma ölməyini istəməzdim".

Mərhumun yoldaşı Lalə Balayeva deyib ki, ərini çağırıb əl-ayağını bağlayıb öldürüblər: "Ən ağır cəza verilməsini istəyirəm. 3 azyaşlı uşağım var, onlar atalarını istəyirlər. İşləyib pul qazanan da tək yoldaşım idi. Eşqin də arada bizə içməyə gəlirdi, amma sonra mən qoymadım".

Daha sonra E.Rəsulov ifadə verməyə razılaşıb: "Anarla küçədən araq alıb evə gəlib içdik. Sonra cibindən kart çıxartdı, dedi gəl oynayaq. Qumarda mən onun 6 manatını uddum. O da məni söydü, yumruq vurdum yerə yıxıldı. 102-yə zəng etdim, polislər evi tapa bilmirdi, onların qabağına çıxmaq üçün getdim. Anarın əl-qolunu bağladım ki, yoldaşıma nəsə etməsin. Orada zorlama filan söhbətləri olmayıb". 

R.Əlmuradova deyib ki, A.Balayev ona həyasız deyib: "Mübahisə də buna görə başladı, mən ip verdim, Eşqin bağladı".

İttihama görə, Quba rayonu Alpan kəndində yaşayan E.Rəsulov 2017-ci il noyabr ayında dostu Anar Balayevi qeyri-rəsmi olaraq birgə yaşadığı R.Almuradovun evinə çağırıb və orada qumar oynayıb, spirtli içki içiblər. Daha sonra qumar puluna görə dostlar mübahisə, ardınca əlbəyaxa dava ediblər. Eşqin sevgilisi Ramelladan ip verməsini istəyib və sevgilisinin köməkliyi ilə verdiyi iplə dostunun əl-ayağını bağlayıb və döyüb. Sonda isə onu balta ilə vuraraq öldürüb. O, ifadəsində Anarı Ramellanı zorlamaq istədiyi üçün öldürdüyünü deyib. Qətlə yetirilən Anar Balayevin 3 azyaşlı övladı var. Hadisəni törədən Eşqin Rəsulov əvvəllər məhkum olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”