"Elə "Emo" qızlar var ki, atası molladır"

"Elə "Emo" qızlar var ki, atası molladır"
MARAQLI
08:50 11.12.2010
4517

 

 

EMO NƏDİR?

Emo- ingiliscə “Emotion” (duyğu) sözündən götürülüb. Emolar adlarını emosiya ilə yaşamaqları ilə izah edirlər. Bəzən özlərinə “hisslə yaşayan oğlan və qızlar” da deyilər. Emolar üçün hisləri göstərmək zəiflik əlaməti yox, adi bir vəziyyətidir. Hislərlə yaşamaq bir növ onlar üçün xüsusi həyat tərzidir.

Emolar bir çox ölkələrdə yeniyetmələr arasında yayılmaqdadır. Azərbaycanda isə Emolara son zamanlarda rast gəlinir.

“MOLLA QIZLARI DA EMO OLUR”

Onunla metronun qarşısında görüşdük. İdman paltarı geyinmiş, arıq, 19-20 yaşlarında bir oğlan idi. Özünü “Emo” adlandırırdı, nikinin (şərti ad) Host_ niko olduğunu deyir.

Öz xüsusiyyətlərini belə təsvir edir:

“Bizlər çox emosionalıq. Biz bəzən tənhalığa qapanmağı sevirik. Emoların sevgisi çox güclü olur. Bizlər hətta sevgimizə görə həyatımızı qurban verməyə hazırıq. Bizim həyatımızda rok mahnıları çox böyük yer tutur. Bizlər rok mahnılarına qulaq asmaqla və axşamlar oturub ağlamaqla sakitləşirik. Fərqli geyinməyi sevirik. Sevdiyimiz rəng çəhrayıdır.”

Deyir 2007-ci ildən Emo-lara qoşulub. Səbəbini “bekarçılıqla” izah edir. Deyir məktəbdən davranışına görə qovulandan sonra “dəstəyə düşüb”, olub Emo. Dəstə isə dediyinə görə, 2005-2006-cı ildən yaranıb.

Ona diqqətlə baxanda, qollarında kəsik izləri görürəm. Söhbətə davam edirəm:

- Dəstənin qanunları var?
- Əlbəttə var. Geyimimizin fərqli olması bizim seçilməyimizə işarədir. Amma geyimimiz fərqli olsa da, hərəkətlərimizlə emo olmağımızı bildirməməliyik. Nə deyirik, onu etməliyik. Ürəyi olmalıdır Emonun.
- Valideynlərinizin sizin hərəkətlərinizdən xəbəri var?
- Yox, bilmirlər. Mən də istəmərəm övladım Emo olsun.
- Dəstənizdə qızlar var?
- Emo qızlar da var, biz nə ediriksə, onlar da onu edirlər. Hətta, bəlkə, artığını da edirlər. İstədikləri vaxt evdən də çıxırlar. Elə Emo qız tanıyıram ki, atası molladır.
- Nə vaxta qədər emo qalmaq fikrindəsən?
- Ömrümün sonuna qədər...

“YARADICILIQLA MƏŞĞUL OLUN”

Psixoloq Azər Qaraçənli deyir ki, emoları təmsil edən insanlarla bağlı məlumatlarda bir neçə məqam diqqətini cəlb edir. Onlardan biri yaş məhdudiyyətidir. Adətən 14-20 yaşda olan yeniyetmələr özlərini bu qrupa daxil edirlər.

“Çünki bu yaş dövrü çətin dövr kimi qəbul edilir. Bu yaşda bəzi yeniyetmələr dərs prosesindən aralanır, yaşca böyüklərlə münaqişə edirlər. Emoların davranışında yeniyetməlik dövründən çətinlikləri ilə qarşılaşan insanların üzləşdiyi problemlərin təzahürləri diqqəti cəlb edir. Onlar geyim, şəkil çəkdirmək tərzi ilə ətrafdan seçilməyə çalışırlar. Əgər hansısa bir qrup özünə sərt simvollar, sərt davranış tərzi müəyyənləşdirirsə, demək həmin qrup özünə ətrafdan təhlükə hiss edir. Tarixən bəzi qruplar olub ki, müəyyən səlahiyyət qazananda ətrafa təhlükələr yaradıblar. Amma bunu Emo haqqında demək olmaz. Emolar insan tipi kimi deməzdim ki, ətrafa ziyan vururlar, əksinə onların meyli özlərinə zərər vurmağa yönəlib. Çox zaman böyüklərin aşıladığı akademik məqsədlər olur ki, bu da yeniyetmələrin çoxunda qıcıq yaradır. Emolar da demək olar ki, bunlara etiraz olaraq özlərinə xüsusi olaraq bir yol tutublar”.

Psixoloq yeniyetmələrin bu yaş böhranından çıxması üçün onların yaradıcılıqla məşğul olmasını məsləhət görür:

“Gündəlik tutmaqla, şəkil çəkməklə və ya hər hansı bir yaradıcılıq işi ilə məşğul olarsa, həm yeniyetmə enerjisini çıxarda bilər, həm də özünü kənardan görməsinə kömək edər. Çox zaman bu üsulla mənfi emosiyalar müsbət istiqamətə yol alır.”

Azər Qaraçənli bu yolu tutan yeniyetmələri yollarından döndərmək üçün məsləhət vermək istəyənlərə ehtiyatlı davranmağı tövsiyə etdi. Çünki bu cür məsləhətlər çox zaman əks nəticə verir.

 

mənbə: Azadlıq radiosu

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
10:26 17.10.2026
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər