Türkiyənin Elazığ şəhərində daha bir zəlzələ baş verib.
AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 19:37-də Sivricə rayonunda qeydə alınıb.
Zəlzələ 3,5 bal gücündə olub. Təkanlar yerin 5 kilometr dərinliyində qeydə alınıb.
Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.