'Elçibəy mənə dedi ki, onu zəhərləyiblər' - VIDEO

Bütün Xəbərlər
13:02 23.08.2012
1592
Müstəqil Azərbaycanın ikinci prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatından 12 il ötüb.
Dövlət xadiminin adı müstəqil Azərbaycanın tarixində bir çox hadisələrlə yadda qalıb. 12 il əvvəl avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Hospitalında vəfat edən Milli Azadlıq Hərəkatının lideri, Müstəqil Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin ölüm səbəbi son günlər aktuallaşıb. Belə ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mərhum prezidentin qəsdən zəhərlənməsi ilə bağlı Prokurorluğa etdiyi müraciət əsasında “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb.Hafiz Hacıyev məsələ ilə bağlı bunları deyib: “Dəfələrlə desəm də, bu məsələyə heç vaxt baxılmayıb. Ona görə ki, o vaxt eks-prezident məsələsinə baxılmırdı. Onun ölümü zəhərlənmə ilə bağlıdır. Bu birmənalıdır. Bunu Adil Minbaşı da telefon danışıqları zamanı demişdir”.Elçibəyin silahdaşları isə mərhum prezidentin ölümünə xəstəliyin səbəb olduğunu deyirlər. KXCP sədri Mirmahmud Fəttayevin sözlərinə görə, Elçibəyin dünyasını dəyişməsinin səbəbi ağciyər çatışmazlığı olub: “O, xərçəng idi. Zəhərlənməsi ilə bağlı məsələ yeni mövzu deyil. Bu gün gündəmə gətirilməsi başa düşülən deyil. Mən həkimlərə inanıram”.Elçibəyin yaxın dostu Adil Minbaşı isə ANS-ə bunları söyləyib: “Elçibəy xəstələnməmişdən 2 ay qabaq Türkiyədə yüksək səviyyədə tibbi müayinədən keçmişdir. Həkimlər onda heç bir xəstəlik aşkar etməmişdirlər. Əgər o, xəstə olsaydı, onu klinikadan buraxmazdılar, müalicə edərdilər. O, mənə demişdi ki, mən müayinədən keçmişəm heç bir xəstəliyim yoxdur, amma məni zəhərləyiblər. Onu kim zəhərlədiyini isə deməmişdir. Çünki, söhbətimizin sonuna başqa adamlar da gəldi və söhbətimiz yarımçıq qaldı. Bu söhbətdən sonra isə o müalicəyə getdi. Ondan sonra heç bir söhbətimiz olmayıb”.Qeyd edək ki, dövlət xadiminin adı Müstəqil Azərbaycanın tarixində bir çox hadisələrlə yadda qalıb. Onun ölkəyə rəhbərliyi dövründə Azərbaycanın ilk milli valyutası olan manat dövriyyəyə buraxılıb, ali təhsil müəssisələrinə qəbul imtahanlarında ilk dəfə test üsulu tətbiq edilib, ən əsası isə keçmiş Sovet respublikaları arasında birinci olaraq Rusiya qoşunları Azərbaycandan çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib