Turxan ƏliquliyevƏli Kərimli niyə Rüstəm İbrahimbəyovun vahid namizəd olmasının tərəfdarıdı?
Bu gün Azərbaycan Respublikasının 2-ci prezidenti olan Əbülfəz Elçibəyin (Əbülfəz Əliyev) 75 illik yubileyidir. O, 22 avqust 2000-ci ildə 63 yaşındaykən Türkiyənin Ankara şəhərində vəfat edib. Vəfatının səbəbi xəstəlik kimi göstərilməsinə baxmayaraq 2012-ci ilin sonlarında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Azərbaycan Respublikasının Baş Prokurorluğuna Əbülfəz Elçibəyin Əli Kərimli tərəfindən zəhərlənməsi barədə müraciətindən sonra ara qarışıb. AXCP Hafiz Hacıyevin qeyri-ciddi adam olduğunu iddia edərək müraciətinin əsassız olduğunu qeyd edib. Lakin unudublarki qeyri-ciddi adlandırdıqları şəxs AXC dövründə nazir vəzifəsinə bərabər olan vəzifəyə təyin etdikləri şəxsdir.
AXCP sədri Əli Kərimli bu günədək siyasəti ilə hər an Azərbaycanın milli maraqlarını hətta düşmənə belə satmağa hazır olduğunu nümayiş etdirib. O və müttəfiqləri yalançı, qısa ömürlü birliklər yaradaraq pafoslu çıxışlar edir, şəxsi mənafe uğrunda mübarizə aparırlar. Bunu uzun müddət Əli Kərimli ilə bir cəbhədə təmsil olunanların bəziləri də bəyan ediblər. AXCP sədri tək öz xalqına, vətəninə deyil, dostluğuna, yoldaşlığına qarşı da xəyanətdə ittiham edilir. Əli Kərimlinin xəyanət xronologiyasını nəzərdən keçirdikdə açıq-aşkar çox şeyi görmək olar. Əbülfəz Elçibəy hakimiyyətdən getdikdən sonra da, Əli Kərimli bu xəyanət yolunu uğurla davam etdirmişdir.
“Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri, Əbülfəz Elçibəyin qardaşı oğlu olan Hürrü Əliyev Hafiz Hacıyevin müraciətinə münasibətində Elçibəyi AXCP sədri Əli Kərimlinin zəhərlədiyini təsdiq edib. O bildirib ki, “Azəri-Türk” Qadınlar Cəmiyyətinin Türkiyə təmsilçisi, eyni zamanda Əbülfəz Elçibəylə yaxın münasibətlərdə olmuş Sevgi Erenerolla 2000-ci il avqust ayının 22-də əmim Əbülfəz Elçibəyin dəfn mərasimindən sonra evimizdə söhbət edirdik. O, Gülhanə Tibb Akademiyasının həkimləri ilə söhbətlərindən əmim Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı onda şübhələr yarandığını dedi. Hətta Qabil hoca adlı hərbi həkimin əmimin istifadə etdiyi hər hansı bir əşyanın ona gətirilməsini xahiş etdiyini bildirmişdir. Sevgi Erenerol bizdən bunu istəyəndə o dönəmdə bu məsələyə bir qədər soyuq yanaşıldığı üçün əmimin işlətdiyi əşyanı əldə edib ona təqdim edə bilmədik. Onu da qeyd etmək istəyirəm ki, Sevgi Erenerolla söhbətlərimizdə o, dəfələrlə Əli Kərimlinin adı gələndə onu “ajan” adlandırmış, hətta əmimin sağlığında özünü Əli Kərimlidən qoruması barədə ona dəfələrlə xəbərdarlıq etdiyini bizə bildirmişdir".
Hürri Əliyev onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda istintaq getdiyi dövrdə Əli Kərimli onun evinə gələrək istintaqın dayandırılmasını israrlı şəkildə xahiş etmişdir. Təbii ki, bu da Əli Kərimlinin üzərindəki şübhəni daha da artırır.
Əli Kərimlinin Əbülfəz Elçibəyə xəyanəti barədə kifayət qədər faktlar var. Məsələn, Elçibəy Kələkidə olarkən ona şəxsi ehtiyaclarını ödəmək üçün Türkiyədən 100 min dollar göndərildiyi barədə məlumatlar yayılmışdır. Elçibəyin yaxınları da bu məlumatı təsdiqləyirlər. Elçibəy 100 min ABŞ dollarını bütövlükdə Əli Kərimliyə vermiş və bunu partiyanın inkişafına, partiya üzvlərinin müəyyən ehtiyaclarının ödənilməsinə sərf etməsini tapşırmışdır. Amma Əli Kərimli həmin pulu Əbülfəz Elçibəyin əleyhinə apardığı təbliğat kampaniyasına sərf etmiş, bir qismini isə Rusiyada biznes fəaliyyəti ilə məşğul olan yaxınlarına vermişdir. Belə ki, 1997-ci ildə xaricdən aldığı maliyyə dəstəyi nəticəsində Əli Kərimli media vasitəsilə Əbülfəz Elçibəyə zərbələr vurdu, onu gözdən salmaq üçün kampaniyaya başladı. Artıq “Cəbhənin gələcəyi Əli Kərimlinin adı ilə bağlıdır” təbliğatına start verilmişdir. Hətta bir az da irəli gedərək AXCP-nin tədbirlərində “Əli Kərimlini danmaq günəşi danmaqdır” kimi populist şuarlar da səsləndirməkdən çəkinmirdilər.
ABŞ-dan Azərbaycana qayıdan zaman Əli Kərimli mətbuat konfransı keçirmiş və orada: “Ölkədə müəyyən qətllər olacaq” - bəyanatını vermişdir. Onun bu bəyanatından bir neçə gün sonra “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilmişdir. Ən maraqlısı bu idi ki, hadisə yerinə ilk gələnlərdən biri də Əli Kərimli idi. Hələ Xalq Cəbhəsi dönəmində Əli Kərimli xarici fondlarla işləyirdi. Əbülfəz Elçibəyin dövründə o, dövlət katibi postunu tutsa da, Elçibəyə qarşı olan mənfi təbliğatın başında dayanan ən “parlaq” sima olmuşdur. Bunun üçün Əli Kərimlinin nəzarətində olan Azərbaycanda Demokratiyanın İnkişaf Fondundan Əli Kərimli milyonlarla pul alıb mənimsəmişdir.
Bunlardan əlavə Əli Kərimli həm də “Süleymançılarla”, “Mahmudçularla”, ermənilərlə, terrorçularla, xarici ölkələrin xüsusi xidmət orqanlarıyla dostluq münasibətləri saxlayır, başda qeyd elədiyim kimi Azərbaycanın milli maraqlarını öz mənafeyi uğrunda satmağa şans axtarır. Ə.Kərimli Azərbaycanda xaos yaratmaq uğrunda mübarizə aparan vətən xainidir.
Hal-hazırda isə AXCP “Milli Şura” adlı utopik birliyə qoşularaq vahid namizəd kimi Rüstəm İbrahimbəyovu dəstəkləməsi Əli Kərimlinin yenə də öz cibini güdməsi, konkret olaraq “Milyarderlər İttifaqı”nın maliyyəsindən bəhrələnmək marağı olduğunu açıq-aşkar üzə çıxarır.
Əli Kərimlinin hiylələri onun səmimiyyətinə də böyük zərbə endirib. Bu haqda qısa məlumat yazmaq istərdim. 2000-ci ilin yay aylarında Əli Kərimli bir yaxını vasitəsilə Hərbi Prokurorluğa müraciət edib. Həmin müraciətin səbəbi Əli Kərimlinin yaxın qohumunun döyüş bölgəsində hərbi hissələrin birində əsgər yoldaşını döyərək həbsə düşməsi idi. Ə.Kərimlinin müraciətindən sonra onun qohumu azadlığa çıxıb. Çox maraqlıdır, əsgər ölümlərinə, hərbidə “dedovşina”ya etiraz etməkdə Əli Kərimli nə dərəcədə səmimidir?
Bundan əlavə Elçibəyin anım mərasimində hamının əllərini açıb dua oxuyarkən Əli Kərimlinin əllərinin yanında olması nə ilə əlaqəli idi? Belə izah etmək olar ki, dua oxumaqla qərbin gözündən düşmək qorxusu onu bu hərəkətə əl atmağa vadar edib. Ə.Kərimlinin şəxsi keyfiyyətlərinə toxunsaq bu cür çox hallara rast gəlmək olar.
İndi Əli Kərimlinin Elçibəy haqda ağız dolusu və pafoslu danışması ancaq və ancaq ikrah oyadır.AZXEBER.COM