“ARAZ fm 103.3”-ün və Xəzər televiziyasının efirində yayımlanan “İmza mən” verilişinin növbəti qonağı müğənni Elçin Cəfərov oldu.
AZXEBER.COM-un məlumatına görə, müğənnin sənətə gəldiyi gündən söhbətə başlayan aparıcı Səxavət Nur, veriliş ərzində sənətçiyə maraqlı suallar ünvanladı. Bütün suallara heç çəkinmədən çavab verən Elçin, “Əgər mən bu gün sevilirəmsə, insanların qəlbində az da olsa yer tapa bilmişəmsə, deməli mənim gördüyüm işlər hədər yerə getməyib” deyə fikirlərini bölüşdü. Adını çəkmədiyi yeni mahnısınının klipi ilə birlikdə yaxın günlərdə tam hazır olacağını bildirən Elçin Cəfərov, pərəsişkarlarını intizarda saxladı. “Park Bulvar”a toplaşan pərəstişkarlarına üz tutan müğənni, onlara öz təşəkkürlərini bildirdi: “Sizlər hər zaman mənim yanımda olmusunuz. Nə qədər ki sizlər varsınız, mən də olacam”.
Sonda fanatları ilə şəkillər çədirən Elçin Cəfərov, onlara imzalı fotolarını da təqdim etdi.
Qeyd edəki ki, verlişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.
Ozal İbrahimli