Elçin Cəlilov: ''Xəzər Lənkəran' rəhbərliyi var-gücüylə bizi sıradan çıxarmağa çalışır''

Elçin Cəlilov:
Bütün Xəbərlər
00:49 06.10.2012
1166

“Futbolpress.az” portalının rəhbəri Elçin Cəlilovla “Xəzər Lənkəran” klubunun rəhbərliyi arasında konflikt yaranıb.

İdman jurnalisti E.Cəlilovun cənub klubunu son görüşlərdə nümayiş etdirdiyi bərbad oyuna görə tənqid etməsi klub rəhbərliyinin qəzəbinə tuş gəlib. Klubun vitse-prezidenti Tuyqun Nadirov saytla reklam əməkdaşlığına son qoymaq azmış kimi, eyni zamanda “Futbolpress.az” portalına haker hücumu təşkil etdirib. Bu iddia ilə saytın rəhbəri çıxış edib və “musavat.com”-a bildirib ki, portalın fəaliyyəti donub, ona maddi ziyan dəyib: “Mən və rəhbəri olduğum Futbolpress.az portalı həmişə tənqidi və çox vaxt da AFFA-ya qarşı radikal mövqeyi ilə tanınıb. Elə olub təkcə Rövnəq Abdullayevin AFFA prezidentliyinə lazımsız, yararsız prezident olması mövzusunda bir həftədə 7-8 yazı yazmışam. Onlardan mənə milli komandanın oyunlarından sonrakı mətbuat konfranslarında təzyiq olunsa da, belə ciddi cəhdlə nəsə etməyibər. Ancaq "Xəzər Lənkəran" var-gücüylə bizi sıradan çıxarmağa bçalışır. Çempionatda iştirak edən 12 komanda arasında maddi imkanlarına görə ilk üçlükdə olan bu komanda axırıncı yerdədir. Son 3 oyunu uduzmuşdu, özü də zəif rəqiblərə, həm də pərdəarxası olaylar var idi, biz onları yazırdıq. Klub rəhbərliyi, konkret Tuyqun Nadirov bildirdi ki, düz eləmirsiniz bu qədər yazırsınız, mən fikirləşdim ki, sizi kimsə təlimatlandırır. Onu elə deməyə vadar edən klubla portalımız arasında olan reklam əməkdaşlığı idi. Mən gördüm ki, artıq vəziyyət dalana dirənib, dedim onda gəlin reklam əməkdaşlığına xitam verək. Nadirov da əvəzində bildirdi ki, biz artıq bu haqda bildiriş göndərmişik elektron ünvanınıza.Bununla da klubla aramızda reklam əməkdaşlığı bitdi. Ancaq ədavət başladı. Sayta hücum elətdirdilər, artıq üçüncü gündür işləmir. Ardıcıl hücumlara görə server saytımıza xidmətdən imtina edib, məcburuq başqa hostinqə keçək. Mən düşünürəm ki, bunu klubun vitse-prezidenti Tuyqun Nadirov edir. Bu şəxs mediaya çıxıb bizim saytı qərəzli adlandırıb. Ancaq özü yaxşı bilir ki, biz əslində klub daxilində maliyyə yeyintiləri və s. ciddi problemləri yazırdıq və yazacaqdıq. Ona görə çalışırlar sayt işləməsin. Əgər yaxın günlərdə saytımızın fəaliyyətini bərpa edə bilməsək, onda mən bildiyim faktları başqa KİV-lərdə açıqlayacam”.

OXŞAR XƏBƏRLƏR