Elçin Əlibəyli müğənniləri tənqid etdi: "Nə əxlaqınızla, nə də sənətinizlə daşıdığınız fəxri ada layiq deyilsiniz"

Elçin Əlibəyli müğənniləri tənqid etdi: "Nə əxlaqınızla, nə də sənətinizlə daşıdığınız fəxri ada layiq deyilsiniz"
MAQAZİN
20:42 29.09.2018
11472
Tanınmış teleaparıcı Elçin Əlibəyli müğənniləri kəskin tənqid edib. 

AZXEBER.COM xəbər verir ki, aparıcı müğənniləri debata çağırıb: 

"Müğənnillər aparıcılardan MTRŞ-a şikayət ediblər, xub, bəs biz sizin doğmağınızdan tutmuş boşanmağınız və daha nə cür eybəcərlikləri xəbər kimi yaymağınızdan kimə şikayət edək? Çoxunuz daşıdığınız fəxri adın bir ifadəsinə də düz gəlmirsiniz, nə əxlaqla, nə sənətlə! Aparıcıları savadsız adlandıran müğənniləri açıq debata çağırıram! Məkanı və formanı özləri müəyyən etsinlər. Debat təklifimi qəbul etməyən həmin ifadəni seçən şəxs sözünü geri götürməlidir. Elə etməsə Hüseyn Arif demişkən, əməllərini aşıqlara deyərəm, eldə yayarlar!
OXŞAR XƏBƏRLƏR