Elçin Əmirbəyov “France24”ün efirində Ermənistan təxribatı ilə bağlı danışdı

SİYASƏT
11:41 30.09.2020
194

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, Fransanın "France24" telekanalının təşkil etdiyi Ermənistan-Azərbaycan zonasında hərbi əməliyyatların yenidən başlamasına həsr olunmuş teledebat zamanı Azərbaycanın mövqeyini səsləndirib.

AZXEBER.COM xəbər verir ki, müzakirələrdə Fransa və Böyük Britaniyadan olan politoloqlar Tornike Qordadze, Lourens Brurs, eyni zamanda Marsel Universitetinin (Fransa) siyasi elmlər doktoru Taline Papazyan da iştirak edib.

E.Əmirbəyov Ermənistanın 27 ildir ki, Azərbaycana qarşı davam edən təcavüzünün, o cümlədən Dağlıq Qarabağın və yeddi ətraf rayonun Ermənistan tərəfindən qanunsuz olaraq işğal edilməsinin nəticələri barədə ətraflı danışıb. O, Ermənistanın son hərbi təxribatı və hücumunun qanunsuz işğal, etnik təmizləmə və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə nəticələndiyini bildirib. E.Əmirbəyov münaqişə zonasında formalaşan və bütün dünya birliyi üçün qəbuledilməz olan status-kvonun möhkəmləndirilməsi üzrə Ermənistan strategiyasının daha geniş kontekstində nəzərdən keçirilməli olduğunu qeyd edib. Dediklərini əsaslandıran Elçin Əmirbəyov Ermənistan tərəfindən son dövrlərdə törədilən bir sıra təxribatı - iyul və avqust aylarında intensiv davam edən silah təchizatını, Ermənistan hökumətinin 100.000 döyüşçü sayına qədər səfərbərlik planını elan etməsi, etnik ermənilərin məskunlaşmasının artırılması və işğal olunmuş ərazilərdə Orta Şərq ölkələrindən muzdlu və terrorçuların köçürülməsi kimi digər qanunsuz fəaliyyətləri və həmçinin oktyabr ayında Ermənistanda planlaşdırılan KTMT birgə təlimlərini xatırladıb.

Qeyd edilib ki, bu hərəkətlər Azərbaycanı cavab addımı atmağa təhrik etmək, münaqişənin aktiv mərhələsini yenidən bərpa etmək, üçüncü qüvvələri öz tərəfində münaqişəyə cəlb etməyə çalışmaq və bununla da işğal olunmuş ərazilər üzərində uzun müddət nəzarəti qoruyaraq sülh prosesini pozmaq məqsədi daşıyıb.

 

O, vurğulayıb ki, Azərbaycan hazırda suveren ərazilərində əks-hücum əməliyyatları həyata keçirir, BMT Nizamnaməsində nəzərdə tutulmuş fərdi özünümüdafiə hüququndan istifadə edir və ərazisini qeyri-qanuni xarici hərbi mövcudluqdan təmizləyir.

Beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyi nəticəsində yaranmış cəzasızlıq hissi Ermənistan rəhbərliyini son hərbi avantüraya başlamağa sövq etdi, hansı ki, Ermənistan rəhbərliyinin dağıdıcı və təxribat xarakterli siyasətinin məntiqi davamıdır.

Mövcud vəziyyətdə Türkiyənin artan fəallığı ilə bağlı sualı cavablandırarkən, Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Türkiyənin münaqişənin sülh yolu ilə həlli prosesində mövqeyi yeni deyil və ATƏT-in Minsk Qrupunun qurulduğu andan etibarən onun tam-hüquqlu üzvüdür.

Azərbaycanın müttəfiqi və ən yaxın dostu olan Türkiyə, erməni təcavüzünün nəticələrini aradan qaldırılması və ilk növbədə, Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoyulması yolu ilə Cənubi Qafqazda ədalətli bir sülhün bərpasının tərəfdarıdır. Ermənistanın davamlı olaraq KTMT kimi xarici qüvvələri cəlb etmək və dəstək almaq cəhdləri fonunda Türkiyənin mövqeyi və Azərbaycanla həmrəyliyi regional təhlükəsizlik kontekstində sabitləşdirici və tarazlaşdırıcı amil kimi qiymətləndirilməlidir.

Ermənistan mövcud status-kvonun qəbuledilməz olduğunu və buna görə dəyişdirilməli olduğunu anlamalıdır. Daha çox ağır nəticələrin qarşısını almaq üçün Ermənistan rəhbərliyi dağıdıcı siyasətini davam etdirməyin mənasızlığını etiraf etməli, hərbi təcavüzə son qoymalı və heç bir şərt irəli sürmədən nəticəyə yönəlmiş danışıqlar masasına oturmalıdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

10:14 23.10.2020

Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı - Yaqut Qarayeva

09:51 23.10.2020

İslam aləminin ən böyük alimlərindən biri maşınına bomba qoyularaq qətlə yetirildi

09:42 23.10.2020

“Meşə sahəmizin 25 faizi işğal olunmuş ərazilərdə yerləşir”

09:36 23.10.2020

Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı

09:25 23.10.2020

Bakıda 2 gün dezinfeksiya işləri aparılacaq

09:10 23.10.2020

Ermənistan ordusunda növbəti biabırçılıq - VİDEO

08:39 23.10.2020

Erməni hərbçiləri fərarilik edərək mövqeləri tərk edirlər

08:38 23.10.2020

Füzuli, Cəbrayıl və Qubadlıda vacib ərazi və yüksəkliklər ələ keçirilib - RƏSMİ

08:24 23.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

23:59 22.10.2020

Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışıb

23:48 22.10.2020

"Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür"

23:26 22.10.2020

"Makkabi" - "Qarabağ" matçında hesab açıldı

23:19 22.10.2020

Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik orduya gedib çıxsın - Səhiyyə Nazirliyi

22:58 22.10.2020

"Makkabi" və "Qarabağ"ın start heyətləri açıqlandı

22:48 22.10.2020

Türkiyənin Baş Ombudsmanı: "Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir"

22:39 22.10.2020

Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu