AZXEBER.COM xəbər verir ki, nəticələri ən çox maraqla gözlənilən dairələrdən biri də 63 saylı Sabirabad birinci seçki dairəsidir. Burada ən iddialı şəxslər namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Elçin Quliyev və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyndir.
Hansı namizədin daha şanslı olması ilə bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, adıçəkilən dairənin aşkar favoriti Elçin Quliyevdir. Belə ki, o internerdə bir sıra saytlarda gedən virtual səsvermələrin hər birində rəqibini qabaqlayır.
AZXEBER.COM portalında baş tutan səsvermədə Elçin Quliyev seçicilərin 72,56 %-nin səsini alıb. Pənah Hüseynin isə 23,47% səsi var. Onu da qeyd edək ki, YAP-çı namizədin Sabirabadda seçicilərlə silsilə görüşləri davam edir. Sabirabadlılar da öz növbələrində 1 noyabr günü səslərini Elçin Quliyevə verəcəklərini deyirlər .