“Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - Video

“Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - Video
SOSİAL
12:11 08.07.2026
879
Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva ASAN TV-yə müsahibə verib. 

AZXEBER.COM xəbər verir ki, övladlarından, onların gələcək planlarından danışan Günel Mirzəyeva şəhidlə bağlı xatirələrini də bölüşüb. 

Kosmetoloq kimi fəaliyyət göstərən Günel Mirzəyeva bildirib ki, həyat yoldaşının vəfatından sonra peşəsini hərbçiliyə dəyişib: "Həyat yoldaşımla kollecdə tanış olmuşduq. Hələ də bizim sevgimizdən danışırlar. Deyirlər ki, bir Elçin-Günel var idi, bir-birlərini çox sevirdilər. Həyat yoldaşım şəhid olandan sonra mən yolumu dəyişdim, hərbiyə getdim. Düzdür, burada da tibb sahəsindəyəm. Yoldaşımdan sonra sanki 30 il qocaldım... Sevdiklərin üçün ayaqda durmalı olursan. Üç qız anasıyam. Böyük qızımın 18 yaşı var və tələbədir. Öz biznesini qurmaq istəyir. Ortancıl qızım memar, kiçik qızım isə atası kimi diş həkimi olmaq istəyir. Mən sadəcə qızlarım üçün ayaqda dayanmıram, bu həm də yoldaşıma verdiyim bir sözdür”.

Qeyd edək ki, Mirzəyev Elçin Maqsud oğlu 31 iyul 1985-ci ildə Tərtər rayonunun Qərvənd kəndində dünyaya gəlib. 2002-ci ildə məktəbi bitirən Elçin Mingəçevir Tibb Kollecinin Ortopedik stomotologiya fakültəsinə daxil olub. 2007-ci ildə ailə quran Elçin Mirzəyev 2014-cü ildə kəşfiyyatçı olaraq, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləməyə başlayıb.

Vətən müharibəsinin ilk günündən də döyüşlərdə olub, ağır döyüşlərdən birində yaralanıb. Oktyabrın 10-u Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” və "Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
15:26 28.10.2026
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
15:22 28.10.2026
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
15:22 28.10.2026
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
15:02 28.10.2026
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
14:50 28.10.2026
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
14:49 28.10.2026
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
14:25 28.10.2026
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
14:09 28.10.2026
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
13:59 28.10.2026
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
13:57 28.10.2026
Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
Gələn il üçün ehtiyac meyarı məlum oldu
13:34 28.10.2026
Gələn il üçün ehtiyac meyarı məlum oldu
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
13:21 28.10.2026
Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar
2026-cı ilin ən çox satılan avtomobilləri - SİYAHI
13:17 28.10.2026
2026-cı ilin ən çox satılan avtomobilləri - SİYAHI
"Dindarlar hər zaman dövlətimizin yanındadırlar" - Allahşükür Paşazadə
13:08 28.10.2026
"Dindarlar hər zaman dövlətimizin yanındadırlar" - Allahşükür Paşazadə
Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq
13:04 28.10.2026
Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır
12:56 28.10.2026
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır