Sosial şəbəkədə gündəmə çevrilən 20 yaşlı qazimizin anası danışdı - VİDEO

SOSİAL
15:18 24.11.2020
3323
Ötən gecədən bəri sosial şəbəkədə hər kəs qazimiz Elçin Səmədovun görüntülərini paylaşır.
 
Görüntülərdə Elçinin Qəbələdən olduğu bildirilir. 
 
AZXEBER.COM Elçin Səmədovun anası ilə əlaqə saxlayıb. Anası Vüsalə Səmədova oğlunun səhhətində problemlərin olduğunu açıqlayıb:
 
"Elçinin döş qəfəsində iki qəlpə var. Sol gözü və qulağında problem var. Bir həftədən sonra yenidən Bakıya xəstəxanaya aparılacaq və orada əməliyyat olunacaq. 
 
Elçinin anası vaqonda yaşadıqlarını təsdiqləsə də, onun üçün hər şeydən öncə övladının sağlamlığı olduğunu bildirib: "Maddi sıxıntılarımız var. Qəbələdə vaqonda yaşayırıq. Ancaq mənim üçün hər şeydən öncə övladımın sağlamlığıdır".
 
 
Qeyd edək ki, Elçin Səmədovun 20 yaşı var. 
 
Sosial şəbəkədə geniş yayılan həmin görüntüləri təqdim edirik:
 
Nazim Qasımzadə
 
 
 

OXŞAR XƏBƏRLƏR