Sumqayıtda qumar oyunları faciə ilə nəticələnib. “Olaylar”ın məlumatına görə, hadisə iki ay öncə baş verib. Sumqayıt şəhərində qanunsuz qanunsuz olaraq futbol qumarı ilə məşğul olan kontorda pul uduzan 36 yaşlı şəxs özünü asıb.
Məlumata görə, həmin şəxs futbol oyunlarına hesab yazan qanunsuz kontorda külli miqdarda pul uduzub. Kontora rəhbərlik edən şəxs isə uduzan kişini təhdid edib və uduzduğu pulu çatdırmasını istəyib. Təxminən bir həftə uduzan şəxsin mobil telefonuna təhdid zəngləri və smslər gəlib. Təhdidlərdən bezən şəxs gecə saatlarında, paytaxtın Nəsimi rayonu ərazisindəki iş yerində intihar edib. Faktla bağlı Nəsimi rayon Prokurorluğöunda Cinayət Məcəlləsinin 125-ci( özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlansa da, hələlik məsuliyyətə cəlb edilən yoxdur.