“Eldar Mahmudov mənə dedi ki, bura sənə Milli Məclis deyil” -- Əhəd Abıyev

“Eldar Mahmudov mənə dedi ki, bura sənə Milli Məclis deyil” --  Əhəd Abıyev
SOSİAL
12:13 04.08.2016
2234
İcra başçısı Əhəd Abıyev MTN-də Akif Çovdarovla dalaşıb, nazir gecəyarı işə qayıdıb İcra başçısı: “Yüzlərlə məmur tanıyıram ki, bunlar “vurulanda” qurban kəsdilər”
Sabiq Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla icra başçısı Əhəd Abıyev arasında iki il əvvəl insident yaşanıb. Bunu icra başçısının özü də Gününsəsi.info-ya açıqlamasında təsdiqləyib. Belə ki, iki il əvvəl Daşkəsən rayonunun Qabaqtəpə kəndində körpü tikintisi aparan iş adamı və onun mühasibi bankdan pul çıxararkən, MTN maskalılarının hücumuna məruz qalıb.
Onların başına torba keçirərək Akif Çovdarovun kabinetinə aparıblar. Bundan xəbər tutan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev MTN-ə gedərək, Akif Çovdarova qanunsuz əməllərinə görə sərt etiraz edib. Generalla mübahisəyə girən Əhəd Abıyev saxlanılan şəxslər azad edilməyəcəyi təqdirdə, ölkə başçısına şikayət edəcəyini deyib. Akif Çovdarovun Əhəd Abıyevi həbslə hədələməsi isə qalmaqalın böyüməsinə səbəb olub. Əsəblərini cilovlaya bilməyən icra başçısı generalı ağır sözlərlə təhqir edib. Gecə saatlarında iş yerinə qayıdan keçmiş nazir Eldar Mahmudov icra başçısını kabinetinə dəvət edib, onu sakitləşdirməyə çalışıb. Bundan sonra tutulanlar sərbəst buraxılıb.
Əhəd Abıyev belə bir olayın yaşadığını təsdiqləyib: “Akif Çovdarov mənə deyirdi ki, bir neçə ildir icra başçısısan, amma bir dəfə də olsun gəlib, bizi “görməmisən”. Mən ona ağzıma gələni dedim, İnsanların balası var, küçədən oğurlayıb, ona işgəncə vermişdilər. Hələ Eldar Mahmudov mənə deyir ki, bura sənə Milli Məclis deyil. Dedim, sizin əməlləriniz insanı özündən çıxarır. Onu MTN-dən aparanda tanınmaz halda idi. Eldar Mahmudov və dəstəsi millətin bəlasına çevrilmişdi. Mən yüzlərlə məmur tanıyıram ki, bunlar “vurulanda” qurban kəsdilər”- deyə icra başısı bildirib.
Ötən ilin sonlarında MTN ətrafında baş verən hadisələrdən sonra, bu qurumdakı bir çox vəzifəli şəxslə yanaşı, Akif Çovdarov da həbs edilib. A.Çovdarova vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, qanunsuz azadlıqdan məhrum etmə və digər maddələr üzrə ittiham irəli sürülərək barəsində həbs-qətimkan tədbiri seçilib. Onun adı bir çox ağır cinayətlərdə hallanır.
///Bizimyol.info
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib