“Eldar Mahmudov qanun qarşısında cavab verəcək”

“Eldar Mahmudov qanun qarşısında cavab verəcək”
Bütün Xəbərlər
13:02 19.10.2015
4170
“Fikrimcə, milli təhlükəsizlik nazirinin vəzifədən azad edilməsinin səbəbi Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlıdır. Ölkənin təhlükəsizliyinin təmin edilməsində çox ciddi bir struktur olan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin işdən çıxarılması və orada ciddi proseslərin getməsi birmənalı şəkildə göstərir ki, bu sahədə problem yaşanıb”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında millət vəkili Fəzail Ağamalı milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinə münasibət bildirərkən deyib. O ölkə prezidentinin atmış olduğu addımı birmənalı şəkildə müdafiə etdiyini nəzərə çatdırıb: “Mənim fikrimcə, onun vəzifədən azad edilməsinin səbəbi Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlıdır. Ölkənin təhlükəsizliyinin təmin edilməsində çox ciddi bir struktur olan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərinin işdən çıxarılması və orada artıq ciddi proseslərin getməsi birmənalı şəkildə göstərir ki, bu sahədə ciddi problem yaşamışıq. Təbii ki, bundan hərtərəfli xəbər tutmaq bizim üçün çətindir. Çünki MTN və onun fəaliyyəti kifayət qədər qapalı bir sahədir. Hər halda dövlət təhlükəsizliyində ciddi bir problem yarandığına görə ölkə prezidenti bu addımı atıb. Xalqımız, biz siyasətçilər ölkə prezidentinin bütün addımlarını müdafiə etdiyimiz kimi, bu addımı da müdafiə edirik”.
E. Mahmudovun vəzifədən azad edilməsinin səbəblərinə gəlincə isə, F. Ağamalı bu barədə bir neçə versiya səsləndirib: “Azərbaycana qarşı bu və ya digər terrroun və terror hərəkətlərinin hazırlanması ilə bağlı məlumatların əldə edilməsində buraxılmış olan səhvlər və yaxud belə bir məlumatlar olmasına baxmayaraq, buna göstərilən biganəlik, faktları bilərək susmaq və onu ölkə rəhbərliyinin səviyyəsinə qaldırmamaq kimi hallar ola bilər. Ola bilsin ki, Azərbaycanda marağı olan ayrı-ayrı dövlətlərin, dövlətçiliyimizə təhlükə törədə biləcək layihələrlə, məqsədlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməməsi və özünün də bu cür layihələrin, addımların içində yer alması halları da ola bilər. Ancaq bütün bunların hamısı heç şübhəsiz ki, araşdırılır. Hakimiyyətin ali vəzifəli şəxlərinin telefonlarının dinlədilməsi ilə bağlı səsləndirilən versiyalar da var və bu da yolverilməzdir. Bu artıq səlahiyyət hədlərinin aşılması deməkdir, buna görə də nəinki vəzifədən getmək, hətta Azərbaycan qanunları qarşısında cavab vermək lazım gələcək. Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyinin vəzifədən çıxarılması ilə bağlı rəsmi məlumatlar bütün detalları ilə olmasa da, aydın şəkildə cəmiyyətimizə çatdırılacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
20:08 28.08.2025
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
19:40 28.08.2025
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
17:26 28.08.2025
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı
17:18 28.08.2025
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı