Eldar Mahmudov uğur qazanmış MTN əməkdaşlarını mükafatlandırdı – FOTOLAR

Eldar Mahmudov uğur qazanmış MTN əməkdaşlarını mükafatlandırdı – FOTOLAR
Bütün Xəbərlər
17:07 20.08.2013
2197
Milli təhlükəsizlik naziri Eldar Mahmudov beynəlxalq yarışlarda və turnirlərdə qələbə qazanmış Milli Təhlükəsizlik Nazirliyinin (MTN) “Titan” idman klubunun üzvləri ilə görüşüb. Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən verilən məlumata görə, görüşdə çıxış edən E. Mahmudov idmançıların əldə etdikləri uğurların ümumilikdə prezident İlham Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi strategiyanın tərkib hissəsi olan idman və gənclər siyasətinin parlaq nümunəsi olduğunu bildirib.Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. 2013-cü ildə dünya və Avropa çempionatlarında, habelə güc strukturları arasında beynəlxalq oyunlarda yüksək yerlərə layiq görüldüklərinə, Azərbaycanın idman uğurlarına verdikləri töhfələrə, həmçinin şəxsi heyətin idman hazırlığındakı səylərinə görə bir qrup əməkdaş və məşqçinin təltif edilmələri barədə MTN-nin əmri elan olunub. Nazir Eldar Mahmudov MTN-in "Titan" İdman Klubunun üzvlərinə fəxri fərmanları təqdim edib.Qeyd edək ki, respublikamızın müxtəlif dövlət qurumlarında, güc strukturlarında, o cümlədən Milli Təhlükəsizlik Nazirliyində də əməkdaşların döyüş hazırlıqlarının yüksək səviyyədə saxlanılmasına, fiziki sağlamlıqlarının qorunmasına və möhkəmləndirilməsinə, idmanla mütəmadi məşğul olmalarına xüsusi önəm verilir. Bu məqsədlə Milli Təhlükəsizlik Nazirliyində ən müasir imkanlara malik İdman və Sağlamlıq Mərkəzi yaradılıb. İdman və Sağlamlıq Mərkəzində mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar və turnirlər keçirilir. Mərkəzdə idmanın əksər kütləvi növləri, o cümlədən əlbəyaxa döyüş, güləş, futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və qış meydançaları, 25 metrlik üzgüçülük hovuzu, gimnastika, trenajor zalları, məşqçi və təlimatçı, həkim, soyunub-geyinmə otaqları və duşxanalar var. Ən qabaqcıl standartlara cavab verən texniki ləvazimat və avadanlıqlarla təmin edilən mərkəzdə MTN-in Heydər Əliyev adına Akademiyasının kursant və dinləyicilərinin, eləcə də nazirliyin əməkdaşlarının idmanla məşğul olmaları, fiziki sağlamlıqlarını möhkəmləndirmələri üçün hər cür şərait yaradılıb. Belə sosial təyinatlı obyektlərin istifadəyə verilməsi Azərbaycanın güclənməsinə xidmət edəcək səriştəli və sağlam gənc kadrların yetişdirilməsi məqsədi daşıyır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
10:48 09.08.2025
Rusiyada altı hava limanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlar dayandırılıb
Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
10:38 09.08.2025
Klyuçevkaya Sopka vulkanı 11,5 km hündürlüyə kül atıb
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir
10:33 09.08.2025
Saakaşvilidən Zəngəzur açıqlaması: Qorxduğumuz başımıza gəlir
Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
10:32 09.08.2025
Bu əraziləri Azərbaycana qaytarmalıyıq - Paşinyan
"Beləsinin qəbri üstündə ağlamayasan" - Rövşanə
10:29 09.08.2025
"Beləsinin qəbri üstündə ağlamayasan" - Rövşanə
"Neftçi" Ramil Şeydayevlə yolları ayırmaq istəyir
10:25 09.08.2025
"Neftçi" Ramil Şeydayevlə yolları ayırmaq istəyir
Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq
10:21 09.08.2025
Paşinyan: İki ölkə vətəndaşları arasında ikitərəfli ticarət təhlükəsizliyin etibarlı təminatı olacaq
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
10:07 09.08.2025
Paşinyan Tramp haqqında: Çox səmimi sağollaşdıq
XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
10:05 09.08.2025
XİN Prezident İlham Əlievin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
10:03 09.08.2025
Sərxoş vəziyyətdə avtobus idarə edən sürücü 15 sutka həbs edilib
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
10:00 09.08.2025
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Azərbaycan nefti cüzi bahalaşıb
09:55 09.08.2025
Azərbaycan nefti cüzi bahalaşıb
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
09:53 09.08.2025
TDT Baş katibi Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını dəstəkləyib
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
09:52 09.08.2025
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
09:47 09.08.2025
Nikol Paşinyan: Ermənistan və Azərbaycan Vaşinqtonda sənədlər imzalayaraq artıq sülh qurublar
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”
09:36 09.08.2025
“Bu, Cənubi Qafqaza sülh gətirmək üçün tarixi fürsətdir”