Bu barədə paralel.az saytı geniş yazı ilə çıxış edib. Həmin yazını olduğu kimi təqdim edirik:Deyilənə görə, vicdan köynəyini soyunanın nə əyninə köynək, nə başına papaq tapılır. Çox zaman iştah diş altında elə olur ki, çoxları hətta vicdanını, əxlaqını, ailəsini belə pula qurban verir. Emerson, "pulu insanı hər əmələ sövq edən bir şeytan" adlandırıb. Vay o gündən ki, şeytanla qeybə çəkilən vicdan bir araya düşə. Bax onda vicdan da gedir, əxlaq da. Məşhur iş adamı, el arasında Eldar Mahmudov və Akif Çovdarovun tikinti dələduzu kimi tanınan İlham Qasımovu hamı yaxşı tanıyır. Bir çoxlarına onun adı dələduz iş adamı kimi çoxdan bəllidir, kimisi qumar oyunlarından onunla tanışdır, kimisi onu Abdiyeva Asiman İlham qızının atası, bəziləri isə Qasımova Arifə Məhəmməd qızı və Kəmalə Kamil qızı Qasımovanın həyat yoldaşı kimi tanıyır. Söhbət minlərlə insanı evsiz-eşiksiz qoyan , "iş adamı" adı altında qanunsuzluqlar edən, hazırda isə layiqli cəzasını alaraq dəmir barmaqlıqlar arasında yatan İlham Qasımovdan gedir. Bir müddət əvvəl isə İlham Qasımov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı Məzahir Cəfərovun "intiharı" ilə bağlı gündəmə gəlmişdi. Məzahir Cəfərov "Galaxy Palace" tikinti şirkətində çalışmışdı. Şirkətin rəhbəri isə İlham Qasımov idi. Mənim "intihar" sözünü dırnaqda yazmağım təsadüfi deyil. Heç kimə sirr deyil ki, Məzahirin "intiharı"na ya kimsə səy göstərib, ya da kimsə onu affekt vəziyyətinə salıb ki, o, bu addımı atsın. İntihar hadisəsindən əvvəl isə İlham Qasımov İbrahimovlarla məhkəmə çəkişmələrində olub, Sahib İbrahimovun 4 binasını ələ keçirib. Ən əsası isə budur ki, minlərlə insan İlham Qasımovun dələduzluğunun qurbanına çevrilib, həm evsiz - eşiksiz qalıb, həm pulunu itirib. İndi bu insanların bir çoxu artıq təqaüdçüdür, bəziləri isə dünyasını dəyişib. Amma əfsuslar olsun ki, İlham Qasımov və onun əlaltıları öz bəd əməllərindən əl çəkməyiblər.Mənbələrin verdiyi məlumata görə, İlham Qasımov tərəfindən aldanılan, daha doğrusu, onun qurbanına çevrilənlər arasında Yasamal rayonu polis idarəsi, DYP bölməsinin sabiq rəisi polkovnik Elxan Şixəliyev, polkovnik Rövşən Məhərrəmov, Daxili İşlər Nazirliyinin bəzi əməkdaşları, Nəsimi rayon məhkəməsinin hakimi, Fövqəladə Hallar Nazirliyinin üç əməkdaşı, prokurorluq orqanının üç əməkdaşı, xarici ölkələrin iş adamları, bir neçə türkiyəli investor, rusiyalı tanınmış iş adamları da var. Yüzlərlə insanın mənzillərini təkrar satışa çıxaran İlham Qasımov aldadılan ev sahiblərinə maddi və mənəvi dələduzluq etməkdən belə çəkinməyib. Əldə etdiyimiz məlumata görə, İlham Qasımov Hüseynova Kəmalə Həsən qızından 53.566 manat, Muradov Sahib Ağamusa oğlundan 76.800 manat pul alıb, ev almaq üçün alqı-satqı müqaviləsinə imza atıb, lakun sadə vətəndaşlara nə ev verib, nə də onların pullarını qaytarıb. İlham Qasımov Muradov Sahib Ağamusa oğluna 14 aprel 2011-ci ildə müqavilə ilə satdığı evi, 27 aprel 2012-ci ildə 117.900 manata Məmmədov Kamal Yüzbaşı oğluna satıb, ona da mənzilin tam ödənilməsi ilə bağlı maliyyə arayışı təqdim edib. Həmin qanunsuz sənədləri kooperativin sədri vəzifəsini icra edən Davıdova Günay Salman qızına imzaladıb. Beləcə İlham Qasımov öz qulluq mövqeyindən istifadə edərək minlərlə insana qarşı təkrarən dələduzluq edib. Hazırda İlham Qasımovun əməllərindən Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, müxtəlif məhkəmələrə şikayətlər bitib - tükənmir. Bu gün MTK "Real"ın təsisçisi və sədri İlham Qasımovun bacısı oğlu Cahangirli Sahil Nizami oğludur. Sahil Cahangirlinin səs yazısına əsasən məlum olur ki, o, dayısı İlham Qasımovun tapşırığı ilə sənədləri saxtalaşdırıb, dələduzluq yolu ilə əldə etdiyi pulları bankdan çıxararaq dayısına- yəni MTK "Real"ın rəsmi rəhbəri İlham Qasımova təqdim edib. O da bəllidir ki, vaxtilə "Sahil - D" şirkətinin sədri olan və müəmmalı şəkildə "intihar" etmiş Məzahir Cəfərov da bu üsulla pulları İlham Qasımova verib. Maraqlıdır, görəsən Sahilin də sonu Məzahir kimi olmayacaq ki?! Sahil Cahangirli dayısını qurban verəcək, yoxsa özü qurban ediləcək?! Aldığımız məlumata görə, MTK "Real"da İlham Qasımovun ailə üzvlərinin də payı var. Belə ki, İlham Qasımovun qızı Abdiyeva Asiman 25 faiz səhmin, həyat yoldaşı Arifə Məhəmməd qızı Qasımova isə 19 faiz payın sahibidir. Həyat yoldaşının, qızının adı altında fəaliyyət göstərən MTK-da dələduzluq etmək isə ən azı... Deyilənə görə, İlham Qasımovun öz doğma oğlu Lətif Qasımov atasının dələduzluq əməllərinə görə utandığını bildirib. O, bacısı Abdiyeva Asimanın, anası Qasımova Arifənin də bu çirkaba bulaşmasını atasına bağışlaya bilmir. İlham Qasımovun aldadıb toruna saldığı insanlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var. Belə ki, aldadılan hüquq- mühafizə orqanı işçiləri illərlə İlham Qasımovdan nə verdikləri pulu geri ala biliblər, nə də ev almağa müvəffəq olublar. Buna səbəb isə İlham Qasımovun ən çox güvəndiyi adam - o vaxtlar xüsusi şöbənin rəisi vəzifəsində çalışmış mərhum Rasim Musayev olub. Rasim Musayevi hamı İlham Qasımovun hamisi kimi tanıyıb. Aldığımız məlumata görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisi Ceyhun Həsənov da vaxtilə İlham Qasımovun dələduzluğuna qurban gedib. Belə ki, altı otaqlı evə sahib olmaq arzusunda olan Ceyhun Həsənov İlham Qasımova 500.000 manat pul verib. Kürdəxana həbsxanasında məskunlaşana qədər isə İlham Qasımov ona nə ev verib, nə də pulunu qaytarıb. Bir məqamı qeyd edək ki, aldadılan və evsiz-eşiksiz qalan insanlar çarəsizlikdən xeyriyyəçi iş adamı kimi tanınan Gülağa Qəmbərovdan kömək istəyiblər. Çoxlarına bəllidir ki, bir çox xəstələrin sağaldılmasında, evsizlərin evlə, işsizlərin işlə təmin edilməsində, günahsız insanların şərə düşən zaman günahsızlığını sübut etməsində Gülağa Qəmbərovun əvəzsiz xidmətləri olub. Gülağa Qəmbərov əlacsız qalan insanlara kömək məqsədi ilə bu işi araşdırmağı vəkilinə həvalə edib. Elə o vaxtdan İlham Qasımov həm vəkili təhdid və hədəyə başlayıb. Araşdırmalarına görə, İlham Qasımov tez - tez Tiflis və Minsk kazinolarına üz tuturmuş. Pullarının çoxunu kazinolarda itirən İlham Qasımov bu gün Kürdəxanı həbsxanasında oturub və bir çox məmurlara, hüquq- mühafizə orqanı işçilərinə, tanınmış iş adamlarına hədə və şantaj mesajları göndərir. O, hamının adını Eldar Mahmudovla hallandıraraq, özünün sabiq MTN naziri ilə əlaqələrini ört-basdır etmək istəyir. Lakin unudur ki, "Sahil-D Kompani" MMC ərazisində yerləşən binanın birinci mərtəbəsində Eldar Mahmudovun oğlu Anar Mahmudovun adına hədiyyə etdiyi obyektdən hamı xəbərdardır. Təqaüdçü pulunu belə utanmadan mənimsəyən İlham Qasımovun vəkilləri isə mətbuat vasitəsilə onu az qala yazıq bir insan kimi qələmə verməyə çalışırlar. Bu gün həbsdə olan İlham Qasımov dövlət məmurlarının, hüquq-mühafizə orqanı işçilərinin, iş adamlarının adından öz çirkin əməllərini pərdələmək üçün istifadə etməyə çalışır.
Son olaraq qeyd edək ki, 2 sentyabr 2016-cı il tarixdə əldə etdiyimiz məlumatlara görə, respublikanın müxtəlif rayonlarında İlham Qasımovun əməlləri barədə yazılan ərizələrin sayı otuza yaxınlaşır. Ən çox şikayət ərizələri isə Binəqədi, Nərimanov, Nəsimi və Beyləqan rayonlarında cəmlənib. Səkkiz epizoddan, on üç cilddən ibarət olan cinayət işi artıq Ağır Cinayətlər üzrə Respublika məhkəməsinə göndərilib. Ən acınacaqlı hal budur ki, İlham Qasımov öz həyat yoldaşları Arifə Qasımova və Kəmalə Qasımova , qızı Abdiyeva Asiman İlham qızının adından istifadə edərək onları MTK "Real"a təsisçi təyin edib. Deyirlər ki, hər kişidə iki əxlaq var. Biri anadangəlmə əxlaq, digəri isə nəsildənkeçmə əxlaq. Vay o gündən ki, o əxlaqlar pul qarşısında baş əysin. Qızının, həyat yoldaşının adına şirkət açıb, onu dələduzluq məqsədləri ilə istifadə etmək isə ən azı... Bundan başqa İlham Qasımovun həbsxanada özünə gözəl şərait qurması, qumar məclisləri təşkil etməsi, iş görüşmələri aparması ilə bağlı maraqlı məlumatlar var. Ərəblərdə belə bir zərb - məsəl var: "Qumarbaz olsan, qatil də ola bilərsən". Türk atalar sözlərinə görə isə, "qumar oynayıb, kişilikdən dəm vuranın, qeyrəti qumar stolunun üstündə qalar". Bunu bizlər yox, ərəblərlə türklərin ata-babaları deyir. Bizim bildiyimiz isə budur ki, dələduzluq yolu ilə minlərlə ailəni çarəsiz, gözyaşı içində qoyan İlham Qasımov belə bir xəbər yayıb ki, guya o, özü həbsdən çıxmaq istəmir. İstəsə bu, onun üçün uşaq oyunu kimi bir şeydir. Bu sözləri eşidəndə bizdə belə bir təəssürat yaranır ki, İlham Qasımov və onun əlaltıları ədliyyə sisteminin ədalətinə şübhə ilə yanaşır, idarəetməyə isə əyri düşüncələri var. Bu gün İlham Qasımov həbsdədir. Lakin onun ailə üzvlərindən ibarət olan əlaltıları- yəni həyat yoldaşları Arifə Qasımova və Kəmalə Qasımova, qızı Asiman Abdiyeva minlərlə insanın gözyaşı üzərində qurulan firavan həyatlarını yaşayırlar. Onlar elə zənn edirlər ki, qanunun gözü kordur və onları görmür. Amma qanunun gözü çox yaxşı görür. Bu səbəbdən də məhkəmənin qərarı ilə İlham Qasımovun qızı Asiman Abdiyevanın adına olan Şüvalandakı bağ evinə, 10 GB 010 dövlət nömrə nişanlı "İnfiniti QX56" markalı , 90 SP 094 nişanlı "Hyundai Sonata" markalı , 90 FS 895 dövlət nömrə nişanlı "Mercury Cougur" markalı, 90 FS 879 dövlət nişanlı "Opel Speedster" markalı avtomobillərinə, həmçinin həyat yoldaşı Qasımova( Abbasova) Kəmalə Kamil qızının adına Şüvalandakı bağ evinə, Nəsimi rayonunda olan iki yaşayış binasındakı evlərə, bir neçə xarici markalı maşınlara həbs qoyulub.
Təcrübə onu göstərir ki, İlham qağa səkkiz epizodda cəzalanaraq ən azı 15-20 il iş alacaqdır. Məhkəməyə təqdim ediləcək 30 cinayət işinin hər birinə görə cəmi-cümlətani bir il iş lsa onda deməli orta 45-50 il ərzində Kürdəanı həbsxanasında qumarbazlıq peşəsinin incəliklərini öyrənməklə məşğul ola biləcək.
Lakin atalar yaxşı deyib: "Qisas qiyamətə qalmaz". Mərhum Məzahirin qisasını İlham Qasımovdan alan ləyaqətli bir Azəri övladı İlham bəyə ip uzadıb deyəcək: "İlyuşa özünü as!". Həm Məzahirin, həm də öz ailən qarşısında özünü alçaltma! Kişi kimi yaşamayıbsan, heç olmasa bu fani dünyada kişi kimi tərk et.
Mənbə:
Paralel. az
