Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynovun saxlanılması barədə - AÇIQLAMA

Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynovun saxlanılması barədə - AÇIQLAMA
Bütün Xəbərlər
11:41 21.10.2015
3588
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun işdən azad olunaraq, saxlanıldığı barədə məlumatlar yayılıb.
Məlumatı dəqiqləşdirmək üçün İstehsalat Birliyinə edilən zəngə cavab olaraq qəbul şöbəsindən Trend-ə B.Hüseynovun bu gün işə gəlmədiyi, onun saxlanılması ilə bağlı isə hər hansı informasiyaların olmadığı bildirilib.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbərinin müavini Xankişi Kişiyev isə Trend-in suallarını cavablandırmaq səlahiyyətinin olmadığını deyib.
Qeyd edək ki, B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. E.Mahmudov prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
OXŞAR XƏBƏRLƏR