Eldar Mirzəliyev: Düzgün qurulan strategiya qələbənin təminatı deməkdir

Eldar Mirzəliyev: Düzgün qurulan strategiya qələbənin təminatı deməkdir
SOSİAL
14:02 10.08.2020
903

Artıq bir neçə aydır ki, bütün dünya koronavirusla mübarizə aparır. Bu virus qarşısında ən güclü səhiyyəyə malik olan ölkələr belə ağır itkilər verdi. İlk günlərdən doğru qərarların verilməməsi bir çox Avropa ölkələrini çətin vəziyyətə saldı. Xəstə saylarının artması, itkilərin çoxalması vətəndaşlar arasında təşviş yaratdı.

Etiraf etmək lazımdır ki, pandemiyanın ilk günlərindən atılan doğru addımlar, uğurlu qərarlar Azərbaycanın bu imtahandan daha az zərərlə çıxmasına səbəb oldu. Hər bir mübarizədə qurulan düzgün strategiya qələbənin təminatı deməkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəti tapşırıqları və tövsiyələri əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesi dayandırıldı, təhsil sahəsində olduğu kimi bir çox dövlət və özəl sektorda fəaliyyət forması dəyişdirilərək uzaqdan idarəetməyə keçirildi, insanların kütləvi toplaşdığı yerlərdə virusun yayılmasının qarşısı alındı, ölkədə genişmiqyaslı dezinfeksiya tədbirləri təşkil edildi, ölkəmizin sərhədləri bağlanıldı, beynəlxalq uçuş və digər hərəkət növləri üzrə gediş – gəliş qadağan olundu. Hətta müəyyən günlərdə beynəlxalq təcrübə əsasında daha sərt addımlar atılaraq kütləvi qapanmaya gedildi. Atılan bütün bu addımlar ölkə vətəndaşlarının sağlamlıq və rifahı üçün nəzərdə tutulmuşdur.

Pandemiya dünya iqtisadiyyatına da təsirsiz ötüşməyib. Müxtəlif fəaliyyət sahələrinin bağlanması bir çox ölkələrin iqtisadiyyatına xeyli zərər vurub, geriləmə baş verib. Bu çətin dövrdə Azərbaycanda hələ də inkişaf siyasətinin davam etdirilməsi, sosial dəstək layihələrinin uğurla icra edilməsi onu göstərir ki, bizdə vəziyyət daha yaxşıdır. Bu isə cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində çevik və operativ dövlət mexanizminin qurulduğunun bariz nümunəsidir.

Ölkəmiz pandemiya dövrünə olduğu kimi, postpandemiya dövrünə də hazır olmalıdır.

Pandemiya dövründə atılan addımlar, hazırlanan iqtisadi paketlər, dövlət büdcəsinə edilməsi gözlənilən dəyişiklik bu prosesin davamlı olaraq getdiyini göstərir.

Əldə olunan müsbət dinamika yenidən karantin rejiminin yumşalmasına gətirib çıxarıb. Lakin bu o demək deyil ki, biz artıq xəstəliyə qalib gəlmişik. Bir müddət öncə yumşalmadan sonra yenidən sərtləşən karantin rejiminin şahidi olmuşuq, hətta bir çox ölkələrdə erkən yumşalma, mərhələsiz atılan addımlar yoluxmanın artmağına, ikinci dalğaya səbəb olmuşdur.

Bütün bunları nəzərə alaraq hər birimiz qoyulan tələb və qaydalara ciddi riayət etməliyik. Əsasən də ictimai yerlərdə sosial məsafə mütləq qorunmalı, qoruyucu və dezinfeksiyaedici vasitələrdən istifadə edilməlidir.

Dövlətin əsas məqsədi vətəndaşların sağlamlığıdır. İlk günlərdən görülən işlərin nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. Əldə olunan uğurlarda dövlət və vətəndaş birliyinin də payı var. 

Bu uğurların davamlı olmasını istəyiriksə, ardıcıl yumşalmaya getmək və normal həyata daha tez qayıtmaq üçün verilən qərarlara hörmətlə yanaşmalı və qaydalara əməl etməliyik. Çünki biz birlikdə daha güclüyük!

 

Eldar Mirzəliyev

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM