Bu materialı yazmağa başlayarkən, dəqiq bilirdim ki, məqalənin oxunması onun “qəhrəmanı” olan Eldar Namazovun hərəkətlərində heç bir dəyişikliyə gətirib çıxarmayacaq.
Onun yaşında olan insanlarda həyata baxış və prioritetlər, bunlarla yanaşı isə insani davranış qaydaları çoxdan formalaşmış olmalı idi. Burada Qorkinin sözü lap yerinə düşər: “Sürünmək üçün doğulan, uça bilməz”. Lakin maksimum mənfəəti üçün sürünməsi isə mümkündür! Adi yaltaqlığı siyasi strategiya və taktika kimi təqdim etmək bacarığında və cəhdində Eldar Namazova heç kim tay ola bilməz. E.Namazovun məhz bu sarsılmaz təbiəti baxımından da onun bütün hərəkətlərini qiymətləndirmək lazımdır. Bax bu dəfə də bu ortabab politoloq açıq siyasi biabırçılıqla məşğul olur. Burada məqsəd sadədir - özünü Azərbaycan rəhbərliyinin ən sərt tənqidçisi simasında təqdim edərək medianın gündəliyində maksimum çox qalmaq. Bu məqsəd isə müxtəlif vasitələrlə özünü doğruldur. Odur ki, E.Namazovun eynitipli fikirləri bol su kimi axır gedir. Növbəti dəfə o bunları “Azadlıq” qəzeti vasitəsilə səsləndirdi. “Azərbaycanda dövlət idarəçilik sistemi iflic vəziyyətindədir”. E.Namazovun bu son dərəcə gurultulu və eyni dərəcədə ağ yalandan ibarət fikirləri onun müsahibəsinin başlığına çıxarılıb. O dünən qumanoidlərlə şəxsən görüşdüyünü və bütün dünyada onların hüquqlarını müdafiə edəcəyinə dair qərar qəbul etdiyini böyük müvəffəqiyyətlə oxucuların diqqətinə çatdıra bilər. Bu sözlərdə də effekt və həqiqət heç də az olmazdı. Amma E.Namazov bəyəm həqiqəti demək məqsədi güdürdü? Xeyr, o, onun çox və olduqca ciddi imkanlarını üstələyən sonsuz ambisiyalarında tam ustalıqla rol oynayanların onun qarşısına qoyduqları başqa məqsədlərə can atır. Sözlərimin həqiqiliyə əmin olmaq üçün onun bioqrafiyasını xatırlamaq kifayətdir. Bu sübut edir ki, bu insan bir gün də olsun heç bir siyasi partiyaya rəhbərlik etməyib. Onun maksimum nail olduğu şey, “Yeni siyasət” siyasi blokunun həmtəsisçilərindən biri olmasıdır ki, o da erkən vaxtlarında qəfildən tarixə qovuşdu. Hə birdə ki, E.Namazov Azərbaycanın o zamankı prezidenti Heydər Əliyevlə işlədiyi dövrlər haqqında memuarlar yazmağa macal tapıb. Bu memuarlarının ümumi mənasını Aleksandr Dümanın əsərinin Bonasye soyadlı məşhur qəhrəmanının bir ifadəsinə yerləşdirmək olar: “Mənim bir sözüm Fransanı xilas etdi! Qalantereyaçı və kardinal - güc bundadır!”. Dövlət idarəçiliyi sisteminin vəziyyəti barədə belə bir personajın sözlərini ciddiyə almaq olarmı? Mənim başmaqlarımı güldürməyin. E.Namazovun növbəti fikirləri də bu qədər gülüncdür. Guya, beşulduzlu oteldə kimisə yerləşdirib, yedizdirib-içizdirməklə Qərbin sənə qarşı olan münasibətini dəyişmək mümkün deyil. Sual yaranır, bəs kimisə üçulduzlu oteldə yerləşdirməklə, ac və susuz saxlamaqla Qərbin mənə qarşı olan münasibətini dəyişmək mümkündür?! Digər tərəfdən, etiraf etmək məcburiyyətindəyəm ki, E.Namazov çox gözəl bilir ki, Qərbin bəzi nümayəndələrinin rəğbətini qazanmaq üçün nə etmək lazımdır. Bunun üçün bu “istedad”ın cilalanmasının Azərbaycan üçün nə dərəcədə faydalı olduğunu düşünmədən onların çaldığını oynamaq lazımdır. Bunu ona görə deyirəm ki, E.Namazov Qərb KİV-nin Azərbaycanın VII İnternet İdarəçilik Forumunun keçirilməsi üçün yaxşı yer olmamasına dair fikirlərini ciddi cəhdlə sitat gətirib. Lakin bizim əmin olduğumuz kimi, bu fikir önəmli olmadı və ən əsası o, bu forumun keçirilməsinə mane ola bilmədi. Qalan məsələlərdə isə mən plüralizm fikirlərin tərəfindəyəm. Və mən bu çərçivədə hesab edirəm ki, Eldar Namazova ortabab restoranlardan birində ofisiant rolu daha çox yaraşır, nəinki siyasətçi. Çünki o müştərilərin sifarişlərini yazmağı artıq öyrənib. Lakin o, söylədiklərinin az qala etiket və məzmun uyğunsuzluğunun açıq-aşkar sübutu olduğunun mahiyyətinə varmadan öz siyasi mötəbərliyini inadla sübut etməyə çalışır. İş o yerə çatdı ki, E.Namazov VII İnternet İdarəçilik Forumunu “Eurovision” mahnı müsabiqəsi ilə müqayisə etdi. Guya, Bakıda keçirilən bu tədbirlərin hər ikisi bir sıra xarici kütləvi informasiya vasitələri tərəfindən tənqid atəşinə məruz qalıb. Xatırladığımız qədər, Bakıda Cennifer Lopesin də konserti keçirildi. Lakin ona həm biletlər satıldı, həm də baha qiymətə. Və müğənnini konserti də anşlaqla yadda qaldı. Lakin bizim yerli müxalifətin pulsuz etiraz aksiyalarına isə heç yüz nəfər də gəlmir. Gülünc müqayisədir? Hər halda E.Namazovun “janqlyorluğundan” gülməli deyil. Bununla belə, o başa düşmür ki, rəsmi Bakı bu tənqidə hazır idi və onun paytaxtımızda səsləndirilməsi faktı elə Azərbaycanın mövcud sualların bütün sahələrinə hazır olmasından xəbər verirdi. Bundan əlavə, bizim paytaxta gəlməyin onlar tərəfindən təbliğat və etik normalardan uzaq məqsədlər üçün istifadə edə biləcəklərini anlamalarına rəğmən erməni idmançıları, siyasətçiləri və din xadimləri də Bakıya gəldilər. Mən E.Namazovun səsləndirdiyi fikirlərin yersiz, yanlış və düşünülmüş olduğunu uzun-uzadı, bədbin sübut edə bilərəm. Lakin mənim ona verdiyim xarakteristika bununla dəyişməyəcək. Ancaq mənim tərəfindən ona verilən xarakteristika bununla dəyişməyəcək. Necə ki, bütün qüvvəsi ilə sıfırın vahidə çevrilə biləcəyini sübut etməyə çalışan çirkin siyasətin böyük pərəstişkarı olan E.Namazovun hərəkətləri dəyişməyəcək. İ.MəmmədovGün.Az












































