'Eldar Namazovu 'papka daşıyan' obrazından çıxarmaq elə də asan olmayacaq' - SƏRT SÖZLƏR

Bütün Xəbərlər
22:05 10.01.2013
1452

“Ziyalılar forumu” adlanan qurumun üzvu Rüstəm İbrahimbəyov son açıqlaması ilə yenidən gündəmə gəlib.

İbrahimbəyov Azərbaycan cəmiyyəti üçün son dərəcə həssas bir məsələyə - qarşıdan gələn Prezident seçkilərinə toxunaraq absurd mülahizələr irəli sürüb.Mövzu ilə bağlı artıq siyasi cəbhənin hər iki düşərgəsindən reaksiyalar gəlməkdədir.Politoloq Elşən Musayevin məlum açıqlamaya münasibəti isə gözlənildiyindən də sərt oldu:“Əvvəla bir şeyi unutmamaq gərəkdir: Rüstəm İbrahimbəyov ictimai-siyasi həyatın o kontingentinə daxildir ki, həmin kontingentin nümayəndələri siyasətə yalnız və YALNIZ(!) öz şəxsi maraqları kontekstindən yanaşırlar. Yəni tutaq, qardaş deputat seçilə bilməyibsə, telefon açdığı ixtiyari bir mötəbər insan dəstəyi qaldırmayıbsa, kiməsə edilən xahiş görməzdən keçilibsə, aylıq maliyyə büdcəsində gözəçarpan irəliləyiş yoxsa, hansısa kommersiya layihəsi iflasa uğrayıbsa o zaman bu o deməkdir ki ölkədə yürüdülən siyasət də yalnışdır və həmin siyasət birmənalı şəkildə dəyişməlidir!Çünki, ONA sərf etmir. Xalqa deyil, məhz ona sərf etmir. Oysa ki, 70 yaşına qədər ölkədə hər şeyin qaydasında olduğunu iddia edib, 70-indən sonra mənəviyyat carçısı olmağın başqa bir adı yoxdur!İkincisi, İbrahimbəyovun da təmsil olunduğu İctimai Palata ziyalıların deyil, küskünlərin, aqressivlərin, bir az da kobud desək uğursuzların məclisidir. Onların sıralanmasına baxmaq yetərlidir ki, əsl mahiyyət üzə çıxsın. Həmin insanlar bəlkə də vizual baxımdan sadəcə savadlarına, elmi düşüncələrinə görə ziyalı kimi görünə bilərlər. Amma mənəvi anlamda, keçmişlərinə, xalq qarşısında bu günə qədər sərgilədikləri fəaliyyətə nəzərən heç bir zaman zaman ziyalı titulunu üzərlərində daşımayıblar!Çünki ziyalılıq - kefin sazlığı və ya nasazlığı ilə ölçülən məhfum deyil.Ziyalılıq- özünün özünə deyil, xalqın, ətrafin, ictimayyətin sənə ünvanladığı görəvdir, qoya biləcəyi addır, verə biləcəyi statusdur.Ən nəhayət, “Ziyalılar forumu”nun bütün üzvləri israrla bəyan edirirlər ki, biz siyasətlə məşğul olmuruq. O zaman sual edirəm: İbrahimbəyovun son açıqlaması nədir? Prezident seçkiləri ilə bağlı verilmiş bu qədər qeyri-peşəkar, pafoslu, üstəgəl naşı bəyənat siyasi anons deyilmi? O məgər ictimai xaraktermi daşıyır?Və ya, Ziyalı Forumu adlanan, eyni zamanda yarandığı gündən faktiki olaraq əsl təyinatına uyğun heç bir fəaliyyət sərgiləməyən qurum Azərbaycan xalqı adına hansı işləri gördü? Bəlkə görüb, bizim xəbərimiz yoxdur?Bu sualların cavabı yoxdur. Heç bir zaman da olmayacaq!Məsləhətimsə budur ki, Rüstəmbəyov vaxt itirmədən gedib özünə aid işlərlə məşğul olsun. O, siyasətdən fərqli olaraq kino sahəsində gerşəkdən yararlı bir şəxsdir.Və.. bir nüansı da unutmasın ki, böyük həvəs və cəhdlə Prezidentliyə namizəd gördüyü, müdafiə etdiyi şəxsi - Eldar Namazovu xatirələrdə, beyinlərdə formalaşan köməkçi, “papka daşıyan” obrazından çıxarmaq elə də asan olmayacaq! Bunun üçün əməlli-başlı əmək sərfiyyatına ehtiyac var! /// gun.az

OXŞAR XƏBƏRLƏR