Eldar Qasımov konsert verdi - FOTOLAR

MAQAZİN
11:42 21.07.2014
1503

“Eurovision 2011”mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun solo konserti baştutub.

AZXEBER.COM-un məlumatına görə, ifaçının “Eldar summer live show” adlı konserti "Jumeirah"da “Equinox Beach Club”da keçirilib. Konserti zamanı 4 libas dəyişən Eldar“Eurovision” təmsilçimiz Dilarə Kazımova ilə duet oxuyub.

Daha sonar gələn qonaqları salamlayan Qasımov, Polad Bülbüloğlunun məşhur “gəl ey səhər” mahnısın yeni aranjımda fərqli tərzdə sevənləri üçün oxuyub.

Çox fərqli və dolu-dolu keçən konsertdə Eldarı, Dj Çina Ukrayinadan gəlmiş Dj Iqor Şavrov müşayət edib.

E.Qasımov solo konsertində köhnə və hələ heç yerdə oxumadığı yeni mahnılarını səsləndirib.

“KKM production” təşkilatçılığı ilə keçən konsertdə E.Qasımovu ifa edərkən rəqs qrupuda müşayət edib.

Onu da deyəki, Eldar Qasımovun konsertinə artıq bir neçə vaxtdır birgə çalışdığı “Empire Music Entertainmen” şirkətidə dəstək verib.

Xatırladırıq ki, müğənninin bundan öncəki “The One” adlı solo-club konserti bu ilin mart ayının 9-da baş tutmuşdu.

Ozal İbrahimliFoto: Raşad Mirzayev

OXŞAR XƏBƏRLƏR