"Qız övladımı oxumağa qoymaram”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri "Həmin Zaur” verilişində qonaq olduğu zaman müğənni Eldəniz Məmmədov deyib.
O bildirib ki, xanım ifaçıların işi çox çətindir:
"Mən qız övladımı oxumağa qoymaram, çünki çox çətin sənətdir. Həm ailə qurasan, həm uşağa baxasan, həm sənətlə məşğul olasan, həm studiyaya gedib mahnı yazdırasan, həm də yoldaşa yemək bişirəsən - bütün bunlar bir arada çox çətindir. Ona görə mən uşağımın əziyyət çəkməsini istəmərəm”.
Ayşən